Məhkəmə qərarları › İş №3(067)-1146/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1146/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1146/2022 19.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Xaçmaz rayonunun Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən üç uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat alıment alınaraq X1 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da, o, icra şöbəsinə gəlməmişdir. Hazırda 3400 manat aliment borcu var. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən üç uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat alıment alınaraq X1 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da, o, icra şöbəsinə gəlməmişdir. Hazırda 3400 manat aliment borcu var. Aliment tələbi üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-1622/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən üç uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat alıment alınaraq X1 verilməsi təmin olunmalıdır. Arvadı pozğun yolda olduğu üçün alimenti ödəmək istəməmiş, bundan başqa da alimenti ödəmək üçün maddi imkanı yoxdur. Hazıradək aliment borcundan heç bir məbləğ ödəməmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1991-ci ildə Xaçmaz rayonunun Ləcət kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən, saat 17:28-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis şöbəsinə və Xaçmaz rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar