Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1146/2025 18.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında material Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf edərək bildirmişdir ki, onun ovçu bileti vardır. Qayıq isə Cavad Cəfərova məxsusdur və o, etibarnamə əsasında istifadə etmişdir. Həmin gün isə dənizə tək daxil olmuşdur. Əməlindən peşmandır, bir daha belə xətaya yol verməyəcəkdir. O kirayədə yaşayır, aliment ödəyir, maddi vəziyyəti yaxşı deyil. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsini rəhbər tutaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 06:30dək sahil nəzarəti bölməsinin xidməti ərazisinin 93-cü yanalma körpüsü istiqamətlərində “ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən “Niyazoba” sahil nəzarəti bölməsinin nəzarətçisi miçman X1 tərəfindən sahil xəttinə baxış keçirilən zaman saat 07:30-da Nİ-3201 bort nömrəli üzmə vasitəsinin yanalma körpüsündə olmadığı aşkar olunmuşdur. Saat 10:30-da icazəsiz rejim sularına daxil olan 93-cü yanalma körpüsünə yan alan Nİ-3201 bort nömrəli “taxta” tipli, “Yamaha-25” mühərrikli heyət üzvü 1 nəfərdən ibarət olan Xaçmaz şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü Şəxs saxlanılmış və baxış keçirilmişdir. Baxış zamanı heç bir şübhəli hal və əlamətlər aşkar edilməmişdir. Adı çəkilən vətəndaşa “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən əmilərin qaydaları”nın (2 nömrəli əlavə) tələbləri izah edilmiş və icazəsiz rejim sularına daxil olduğu üçün “Niyazoba” SNB-ə dəvət olunmuşdur. Bunnla əlaqədar olaraq saat 11:30-da Nİ- 3201 bort nömrəli üzmə vasitəsinin heyət üzvü Şəxs icazəsiz rejim sularına daxil olduğu üçün izahat və iltizamı alınaraq su sərhəd rejim pozucusu qismində sənədləşdirilmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 06:00 radələrində SNB-nın sağ cinahında 23-cü YN-dan Yamaha 25 mühərrikli: Nİ- 3201 bort nömrəli taxta tipli üzmə vasitəsi ilə Xəzər dənizinin rejim sularına çıxaraq inzibati xəta törətmişdir. - xx.xx.2025-ci il tarixli, 145 nömrəli balıqovlama biletinin surətindən müəyyən edilir ki, X3 xx.xx.2025-ci il tarixədək 1 ədəd ABB 1117 motorlu taxta qayıqla Xəzər dənizi –Xaçmaz rayonunun Niyazabad kəndi akvatoriyasının ərazi sularında siyənək – 0,1 ton, kütüm – 0,1 ton, kefal 0,1 ton, külmə - 0,05 ton şəki- 0,05 ton ovlanmasına icazə verilmişdir. - AR – İİ№ 784766 saylı etibarnamənin surətindən müəyyən edilir ki, X5 tərəfindən Şəxs xx.xx.2027-ci il, saat 23:59-dək Azərbaycan Respublikası FHN X6 Nəzarət və Sularda Xilasetmə Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, AA nömrəli 09232 nömrəli Gminin adı T-58, əsas mühərrikin adı Yamaha 25, ehtiyat mühərriki: yoxdur, zavod 1030214, gücü 18.38kv.t olan və gəminin tipi taxta qayıq təyinatlı, həvəskar balıq ovu, dayanacaq yeri: Xaçmaz rayonu, Qarğalıq kəndi Bort: 1117 seriyası ABB, reyestr nömrəsi 117 olan AA 028939 nömrəi texniki talona əsasən taxta qayıq ilə bağlı sənədləşmə işlərini aparmağı, üzərində sərəncam verməyi, almağı, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, o cümlədən təyinatına uyğun olaraq istifadə etməyi, idarə etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından sənədləri təqdim etməyi, qəbul etməyi, adından ərizə yazmağı, imza etməyi və digər hərəkətləri etməyi etibar etmişdir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qərar ilə Azərbaycan Respublikasının ərazi və daxili sularında elə rayonlar müəyyən edilə bilər ki, orada qeyri-hərbi və hərbi gəmilərin üzməsi və olması qadağan edilsin. Belə rayonların müəyyən edilməsi “Dənizçilər üçün bildirişlər”də elan olunur. 22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir. Sərhədboyu zonanın hüdudlarını müvafiq icra hakimiyyəti orqanı sərhədyanı rayonların ərazisində, yerli şərait-dən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir. Eni 1 kilometrədək olan sərhədboyu zolaq bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya: sərhədboyu çayların, göllərin və başqa sututarların sahilləri boyunca müəyyən-edilir. 25-ci maddəsinin 4-cü bəndinə əsasən təyin edilmiş yanalma körpülərindən, yerləşmə məntəqələrindən və xüsusi ayrılmış başqa yerlərdən kənarda mühərrikli və mühərriksiz üzmə vasitələrinin saxlanması və dayanması, adamların minib-düşməsi, yük vurulub-boşaldılması, fəlakət və qəza halları istisna olmaqla, qadağandır; 7-ci bəndinə əsasən dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrində, yalnız günün işıqlı vaxtında, sərhəd mühafizə orqanlarının verdiyi vəsiqələr üzrə, təyin edilmiş yanalma körpülərinə və yerləşmə məntəqələrinə qaranlıq düşənədək qayıtmaq şərti ilə yol verilir; 40-cı maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədini, sərhəd rejimini sərhədboyu rejimi və ya Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozmaqda və ya pozmağa cəhd göstərməkdə, yükləri, materialları, sənədləri və başqa əşyaları Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçirməkdə və ya qanunsuz keçirməyə cəhd göstərməkdə, habelə Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericiliyin başqa şəkildə pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyəti, inzibati və ya başqa məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məşğuliyyət növünü, eyni zamanda məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında göstərilmiş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 106, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1146/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1146/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver