Məhkəmə qərarları › İş №3(067)-1148/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1148/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1148/2021 26.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkən şəxsin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz raynu Əhməd-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1266/2016 saylı 19.05.2016-cı il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 100 manat miqdarında aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun icra sənədi üzrə 2220 manat borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1266/2016 saylı 19.05.2016-cı il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 100 manat miqdarında aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun icra sənədi üzrə 2220 manat borcu var. Son ödəniş sentyabr ayında 100 manat, avqust ayında 80 manat, iyul ayında 950 manat, bu gün isə protokol tətrib olunduqdan sonra 250 manat ödəniş edib. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-1266/2016 saylı 19.05.2016-cı il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 100 manat miqdarında aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. İcra sənədi üzrə ödənişlər etmişdir. Borcunu ödəyəcəkdir. Son ödəniş sentyabr ayında 100 manat, avqust ayında 80 manat, iyul ayında 950 manat, bu gün isə protokol tətrib olunduqdan sonra 250 manat ödəniş edib. Əlavə olaraq bildirmişdir ki, himayəsində 3 uşağı vardır. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkən şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdən Xaçmaz rayon məhkəməsinin 2(067)-1266/2016 saylı 19.05.2016-cı il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 100 manat miqdarında aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Borcunun tam ödənilməsini tələb edir. Son ödəniş sentyabr ayında 100 manat, avqust ayında 80 manat, iyul ayında 950 manat, bu gün isə 250 manat ödəniş edib. Cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar