Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1148/2025 18.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı X1iştirakıilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 11:00 radələrində "Xanoba” gömrük postunun ixrac gömrük nəzarət xəttinə Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 07BH373/07ZB373 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuşdur. Nəqliyyat vasitəsinə rentgen baxışı keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsinin yük verinin altındakı yeşikdə şübhəli cizgilər müəyyən olunmuşdur. Nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı, nəqliyyat vasitəsinin yük verinin altındakı yeşikdən gömrük nəzarətinə bəyan olunmayan 2880 ədəd üzərində “K42У-2”, C5-37-5B” yazısı əks olunmuş diodlar, 470 ədəd üzərində" “KБП-C” yazısı əks olunmuş diodlar və 3770 ədəd üzərində “CПЗ-29” yazısı əks olunmuş relələr aşkar olunaraq protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alıb, mütəxəssisin təyin edilməsi barədə qərardad tərtib olunmuş və qiymətləndirmənin aparılması Azərbaycan Respublikası Ticarət və X2 Birliyinin mütəxəssislərinə həvalə olunmuşdur. Azərekspertiza Birliyinin xx.xx.2025-ci il tarixli 020/25-X saylı mütəxəssis rəyinə əsasən 2880 ədəd üzərində “K42У-2”, C5-37-5B” yazısı əks olunmuş diodların, 470 ədəd üzərində “KБП-C” yazısı əks olunmuş diodların və 3770 ədəd üzərində “CПЗ-29” yazısı əks olunmuş relelərin xx.xx.2025-ci il tarixə orta bazar qiyməti 28370,00 (iyirmi səkkiz min üç yüz yetmiş) manat müəyyən edilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki,Xaçmaz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2025-ci il tarixdə “Xanbaba”gömrük postunun ixrac gömrük nəzarət xəttinə Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı nəqliyyat vasitəsi daxil olmuşdur. Həmin nəqliyyat vasitəsinə rentgen baxışı keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsinin yük yerinin altındakı yeşikdə şübhəli cizgilər müəyyən olunmuşdur. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı gömrük nəzarətinə bəyan olunmayan 2880 ədəd “K42Y-2”, “C5-37-5B” yazısı əks olunmuş diodlar, 470 ədəd üzərində “КВП-С” yazısı əks olunmuş diodlar və 3770 ədəd üzərində “СП3-29” yazısı əks olunmuş relelər aşkar olunaraq protokol əsasında götürülmüşdür. Həmin malların dəyərinin müəyyən edilməsi “Azərekspertiza” Birliyinə həvalə olunmuş və xx.xx.2025-ci il tarixinə münasibətdə malların qiyməti 28370 manat təşkil etmişdir. Həmin malların dəyəri 50000 manatdan az olduğu üçün İXM-nin 482.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi yaranmışdır. Həmin fakt “Samur” gömrük postunda tərtib olunmuş yoxlama haqqında protokol, barəsində icraat aparılan şəxsin və şahidin sorğu-sual edilməsi barədə protokollarla təsdiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, həmin malları Rusiya Federasiyasından əvvəlcədən tanıdığı Fərdi adlı şəxs tərəfindən götürmüş, onları Azarbaycan Respublikasına gətirməyi vəd etmişdir. Gömrük yoxlaması zamanı həmin mallar gömrük xidməti əməkdaşları tərəfindən aşkar olunmuş və yoxlama əsasında həmin mallar götürülmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gömrük İdarəsinə ərizə ilə müraciət edərək həmin malların müsadirə edilməsinə etiraz etmədiyini bildirmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş materiallarında əlavə edilmiş 01 ədəd Audio-video diskə keçirilən baxış zamanı Şəxs idarə etdiyi “DAF” markalı avtomobilə gömrük baxışı keçirildiyi, yük yerində qanunsuz olaraq gömrük sərhədindən keçirilən mallar-diodlar, relelər aşkar edildiyi müşahidə olunmuşdur. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”danvə xx.xx.2025-ci il tarixli, 01400-06160/25 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki,xx.xx.2025-ci il tarixində, saat 11:00 radələrində "Xanoba” gömrük postunun ixrac gömrük nəzarət xəttinə Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 07BH373/07ZB373 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuşdur. Nəqliyyat vasitəsinə rentgen baxışı keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsinin yük verinin altındakı yeşikdə şübhəli cizgilər müəyyən olunmuşdur. Nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı, nəqliyyat vasitəsinin yük verinin altındakı yeşikdən gömrük nəzarətinə bəyan olunmayan 2880 ədəd üzərində “K42У-2”, C5-37-5B” yazısı əks olunmuş diodlar, 470 ədəd üzərində" “KБП-C” yazısı əks olunmuş diodlar və 3770 ədəd üzərində “CПЗ-29” yazısı əks olunmuş relələr aşkar olunaraq protokol əsasında götürülmüşdür. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Xaçmaz Gömrük İdarəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatdan müəyyən edilir ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Daf” markalı, 07BH373/07ZB373 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xarici ölkələrə yük daşıma fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasına getmişdir. İran İslam Respublikası Peyani vilayətindən nəqliyyat vasitəsinə qarpız yükü yükləmiş və Belarus Respublikasına getmək üçün yola düşmüşdür. Yolda olarkən Moskva şəhərindən əvvəlcədən tanıdığı Fərid adlı şəxs ona zənd edərək Rusiya Federasiyasına aparılması üçün diodlar olduğu bildirmişdir. O, Fəriddən həmin malları Bakı şəhərindəki”Müşfiq tır parkı” adlanan yerə çatdırmasını bildirmişdir. O da, həmin diodları tır parkında mühafizəçinin yanına qoymuşdur. O, Bakı şəhərinə çatdıqdan sonra, tır parkına getmiş və diodları oradan götürmüşdür. Bundan sonra, yoluna davam etmiş və xx.xx.2025-ci il tarixdə “Xanoba” gömrük postuna çatmış və posta daxil olmuşdur. Burada nəqliyyat vasitəsinə rentgen baxışı keçirilmiş və baxış zamanı, nəqliyyat vasitəsinin yük yerinin altındakı yeşikdə şübhəli cizgilər müəyyən olunmuşdur. Bunun ardınca nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerinin altındakı yeşikdən gömrük nəzarətinə bəyan olunmayan 2880 ədəd üzərində “K42У-2, C5-37-B” yazısı əks olunmuş diodlar, 470 ədəd üzərində “КБП-С” yazısı əks olunmuş diodlar və 3770 ədəd üzərində “СПЗ-29” yazısı əks olunmuş relelər aşkar olunmuşdur. Gömrük əməkdaşı həmin malları protokol tərtib edərək götürmüşdür. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 15 may 2025-ci il tarixli, 020/25-X nömrəli ekspert rəyindən müəyyən edilir ki, malın (işin, xidmətin) bazar qiyməti tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməktir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malı (işin, xidmətin) bazar qiymətləri və birja kataloqları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, beynəlxalq şəbəkə internet vasitəsilə müxtəlif saytlarda aparılan axtarışların nəticəsinə və satış məntəqələrindən alınan məlumtlara əsasən təqdim edilmiş malların xx.xx.2025-ci il tarixə mövcud olan orta bazar (satış) qiymətləri aşğıdakı kimidir. 1) “K42Y-2, C5-37-5B” kondensator 1 ədədi- 2 (iki) manat təşkil edir, 2880 ədədinin cəmi qiyməti 5760 manatdır. 2) “KБП-C” kondensator 1 ədədi- 8 (səkkiz) manat təşkil edir, 470 ədədinin cəmi qiyməti 3760 manatdır, 3) “СП3-29” rele 1 ədədi - 5 (beş) manat təşkil edir, 3770 ədədinin cəmi qiyməti 18850 manatdır. Təqdim edilmiş malların ümumi dəyəri: 28370 (iyirmi səkkiz min üç yüz yetmiş) manat məbləğindədir. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Şəxs barəsində Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və tərəfindən araşdırma aparılmışdır. - İcraatın başa çatdırılması haqqında “Raport”dan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə icraat başa çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə tərtib edilmiş 29 iyul 2025-ci il tarixli, 01400-06160/25 nömrəli inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki,xx.xx.2025-ci il tarixində, saat 11:00 radələrində "Xanoba” gömrük postunun ixrac gömrük nəzarət xəttinə Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 07BH373/07ZB373 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuşdur. Nəqliyyat vasitəsinə rentgen baxışı keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsinin yük verinin altındakı yeşikdə şübhəli cizgilər müəyyən olunmuşdur. Nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı, nəqliyyat vasitəsinin yük verinin altındakı yeşikdən gömrük nəzarətinə bəyan olunmayan 2880 ədəd üzərində “K42У-2”, C5-37-5B” yazısı əks olunmuş diodlar, 470 ədəd üzərində" “KБП-C” yazısı əks olunmuş diodlar və 3770 ədəd üzərində “CПЗ-29” yazısı əks olunmuş relələr aşkar olunaraq protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 106, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malların (ptedmetin) – 2880 ədəd üzərində “К42У-22”, “С5-37-5B” yazısı əks olunmuş diodlara, 470 ədəd üzərində “KБП-C” yazısı əks olunmuş diodlara və 3770 ədəd üzərində “СПЗ-29” yazısı əks olunmuş relelərə - müsadirə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Gömrük İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan XaçmazRayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1148/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1148/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver