Məhkəmə qərarları › İş №3(067)-1149/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1149/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1149/2021 10.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, 26.04.1982-ci ildə Xaçmaz rayonunun, Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Xaçmaz rayonunun Həsənqala kəndində yaşayan X3 X3 Xaçmaz rayon Polis Şöbəsi DYPB-nin Yol patrul xidmətinin inspektoru polis kiçik sercantı X1 nzibati tənbeh vermə haqqında 23.11.2021-ci il tarixli TP ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon X8 Yol Polisi bölməsi tərəfindən X5 barəsində İXP ******* nömrəli protokola əsasən inzibati tənbeh vermə haqqında 23.11.2021-ci il tarixli TP ******* saylı qərar çıxarılmışdır. X5 qərardan şikayət edərək, Xaçmaz rayonunun Yol patrul xidmətinin inspektoru polis kiçik sercantı X4 tərəfindən barəsində İXP ******* nömrəli protokola əsasən çıxarılmış inzibati tənbeh vermə haqqında 23.11.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayəti belə əsaslandırmışdır ki, 23.11.2021-ci il tarixdə saat 08:55 radələrində Xaçmaz şəhərində yerləşən "xxxx" ASC-nin Xaçmaz filialının giriş qapısı ilə üzbəüz həyətdə Xaçmaz rayonunun Yol patrul xidmətinin inspektoru polis kiçik sercantı X4 tərəfindən barəsində İXP ******* nömrəli protokola əsasən barəsində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar çıxarılmışdır. Belə ki, həmin həyət yeri əvvəllər həmin hissənin də ümumi istifadədə olan yolun kiçik bir hissəsinə aid olmuşdur, sonradan isə yolun yerləşdiyi ərazinin təyinatını dəyişərək Xaçmaz şəxsiyyətlər Parkının tikilməsi ilə ləğv olunduğu məlumdur. İşə gələrkən ** YP *** nömrəli DYP avtomaşını ilə xidmət aparan DYP əməkdaşı X2 ona yaxınlaşaraq, bank filialının giriş qapısı ilə üzbəüz yerdə, özünə məxsus ** BC *** dövlət nömrə nişanlı avtomaşını həyətdə park edərkən yolun xətt tələbini pozduğunu və Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsinin tələblərini pozduğunu bildirmişdir. O, da öz növbəsində ona həmin kiçik ərazinin yol tərəfinə uyğun olmadığını izah etməyə calışsa da xeyri olmamış və protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Xaçmaz rayon X8 Yol Polis bölməsinin inzibati tənbeh vermə qərarınının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq inzibati xəta haqqında protokol tərtib edilərkən onun izahatının alınmadığını, ona hüquq və vəzifələrinin izah edilmədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Polis Şöbəsinə iclasın vaxtı və yeri haqqında vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 fikrini dinləyib, Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəyə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AR İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İşdə olan sənədlərdən və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatının alınmadığı, ona hüquq və vəzifələrinin izah olunmadığı müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi, inzibati xəta hadisəsinin olubolmaması və işin digər halları səlahiyyətli orqan tərəfindən yenidən araşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115, 117, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 Xaçmaz rayon Polis Şöbəsi DYPB-nin Yol patrul xidmətinin inspektoru polis kiçik sercantı X1 inzibati tənbeh vermə haqqında 23.11.2021-ci il tarixli TP ******* saylı qərarından şikayəti qismən təmin edilsin. Xaçmaz rayon Polis Şöbəsi DYPB-nin Yol patrul xidmətinin inspektoru polis kiçik sercantı X1 inzibati tənbeh vermə haqqında 23.11.2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Xaçmaz rayon X8 Yol Polis bölməsinə qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar