Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-115/2023 17.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad şəhəri, Xaqani küçəsi ev 30-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 15 yanvar 2023-cü il tarixdə X1 ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Şəxs Xaçmaz şəhərində işlətdiyi kafedə, 15 yanvar 2023-cü il tarixdə həmin kafedə ofisiant kimi işləyən X3 əsəbiləşərək söymüş, Nərmin Qurbanova bu barədə ərizə ilə Xaçmaz RPŞ-yə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, Xaçmaz şəhərində kafe işlədir, zərərçəkmiş şəxs də həmin kafedə ofisiant işləyir. 15 yanvar 2023-cü il tarixdə onunla zərərçəkmiş şəxsin arasında pulla bağlı sözlü mübahisə yaranmış və o, əsəbiləşərək zərərçəkmişi söymüşdür. Həmçinin bildirmişdir ki, o, zərərçəkmişə qarşı hər hansı zor tətbiq etməmiş, zərərçəkmişi yalnız söymüşdür. Hazırda zərərçəkmişlə barışmışlar, zərərçəkmişə borclu qaldığı pulu isə sabah verəcəkdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Şəxs Xaçmaz şəhərində işlətdiyi kafedə ofisiant işləyir. Günel ona ofisiant kimi işləməsinə görə gündəlik verməli olduğu pullarını vermədiyinə görə aralarında sözlü mübahisə yaranmış və Günel onu nalayiq ifadələrlə söymüşdür. Buna görə də o, Günelin barəsində Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etməli olmuşdur. Həmçinin bildirmişdir ki, Günül Ramazanova ilə aralarındakı mübahisə zamanı sonuncu ona qarşı hər hansı zor tətbiq etməmiş, onun ünvanına yalnız söyüşlər söymüşdür. Hazırda o, Şəxs ilə barışmış, sonuncuya qarşı şikayətçi deyildir. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli ərizədən, izahatlardan və inzibati xəta haqqında protokoldan, həmçinin işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən edilir ki, Şəxs 15 yanvar 2023-cü il tarixdə, Xaçmaz şəhərində işlətdiyi kafedə X1 ünvanına nalayiq ifadələr işlədərək söymüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1986-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-115/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-115/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver