Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-115/2025 14.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X5 polis sahə rəisi, polis kapitanı X3, zərərçəkmiş X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon X8 Polis Bölməsi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə 13 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. 13 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 19:00 radələrində sərxoş vəziyyətdə, yaşadığı ünvanda həyət yoldaşı X1 ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X5 polis sahə rəisi, polis kapitanı X4 göstərdi ki, 09 yanvar 2025-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı ünvanda həyat yoldaşı zərərçəkmiş Zileyxa Məmmədovanı nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Bu barədə zərərçəkmiş Zileyxa Məmmədova 10 yanvar 2025-ci il tarixində Xudat PB-nə ərizə ilə müraciət edərək məlumat vermişdir. Həmin məlumata əsasən 13 yanvar 2025-ci il tarixdə Şəxs şəxsiyyətini müəyyən etmək məqsədilə və inzibati xətanın qarşısı almaq məqsədilə onun ailə üzvlərini məlumatlandıraraq, tərəflərindən Polis bölməsinə gətirərək izahatı alınmışdır. Zərərçəkmiş dəfələrlə belə şikayətlər etdiyindən, tərəflərindən Şəxs nizam-intizama dəvət olunmuşdur. 14 yanvar 2025-ci il tarixdə isə barəsində protokol tərtib edilərək baxılması üçün zərərçəkmişin təkidi ilə məhkəməyə gətirilmişdir. Bununla bağlı qanuni tədbirlər görməsini xahiş edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətanı qəbul etməyərək izahatında göstərdi ki, dənizdə fəhlə işləyir. İşdən evə yorğun gəlir, evdə də yemək olmur, ona yemək vermir, paltarlarını da vaxtı-vaxtında yumur. Ona görə əsəbləşib söymüşdür. Həmin vaxt evdə kiçik qızı omuş, digər uşaqlar isə məktəbdə olmuşdur. Hadisə zamanı içkili olmamışdır. Ondan pul istəyir, o, isə pul olanda evə ərzaq alır (un, kartoşka və s.). Atası da məndən ondan istəyir, deyir: “ərzaq alma pul gətir”. O, fəhlə işlədiyinə görə bir o qədər də pulu olmur. Məhkəmə iclasında dindirilən X2 göstərmişdir ki, içki düşkünüdür və ailəyə, uşaqlara baxmır. Uşaqları o, qaynatası ilə birgə saxlayırlar. O, işdə olur, evə gec gəlir, gələndə də dava-dalaş salır, uşaqların yanında onu küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Hadisə zamanı içkili olmuşdur. Evdə olan əşyaları sındıraraq, səs-küy salmışdır. Qonşular səs-küyə gələndə, onları da söymüşdür. Bir neçə dəfə polisə müraciət etmişdir. O, isə bundan heç bir nəticə çıxarmamışdır. Əməllərindən əl çəkmir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Xaçmaz rayon X8 Polis Bölməsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 510-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-115/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-115/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver