Məhkəmə qərarları › İş №3(067)-1151/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1151/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1151/2021 10.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, 06.10.1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, suba, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri V.Məmədov küçəsi ev 18-də yaşayan X1 Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 24 aprel 2021-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X4 tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunmasına dair 24 aprel 2021 il tarixli MN ******* saylı qərar tərtib olunmuşdur. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon polis şöbəsinin müavini polis kapitanı X3 24 aprel 2021 il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayəti belə əsaslandırmışdır ki, 24 aprel 2021-ci il tarixdə saat 23:30 radələrində Video Kəmalə adlı Kafeyə Xaçmaz rayon polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X4 gələrək oradakı müştərilərə kafenin gec bağlanması ilə və karantin qaydalarını pozulması ilə bağlı şikayət daxil olduğunu bildirmişdir. Polis leytenantı Kənan Kərimov onlara bildirmişdir ki, «birinci dəfədi deyə sizin hamınıza xəbərdarlıq protokollları tərtib edim siz imzalayın və 12:00-a kimi kafeni tərk edin». Kafedə olan şəxslərin hamısı onun dediyi kimi protokolları imzalayıb kafeni tərk etmişlər, kafeni tərk edən zaman saat 11:50 radələri idi, o, özüdə bilirdi ki, o, cərimə oluna bilməz. Lakin 16 noyabr 2021-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ona zəng edərək Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət etmiş və bildirmişdir ki, barəsində Xaçmaz rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X4 tərəfindən 200 manat cərimə protokolu tərtib edilib, orada o, anlamışdır ki, polis leytenantı Kənan Kərimov ona xəbərdarlıq etməmiş, cərimə etmişdir. Qərarın surəti rəsmi olaraq ona 16 noyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Barəsində tərtib edilmiş 24 aprel 2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini xahiş edir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tamamilə sübuta yetirilir. Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 24 aprel 2021-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Xaçmaz rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 24 aprel 2021-ci il tarixli MN ******* saylı qərarından şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar