Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1151/2024 02.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, xx.xx.1962-ci ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Xudat şəhəri, 2-ci şöbə ünvanında yaşayan X5 haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: X5 09 may 2024-cü il tarixdə “QAZ 2410 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ seriyalı 21056057 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 50 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. X1 barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. Buna görə də X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 23 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs X5 və Xaçmaz rayon X9 X10 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, həmin maddə üzrə təqsirli bilinməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Baş X12 İdarəsinin Mərkəzi məlumat Bazasından çıxarışın surətindən müəyyən olunur ki, X5 09 may 2024-cü il tarixdə “QAZ 2410 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ seriyalı 21056057 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 50 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişdən və poçt xəbərnaməsindən görünür ki, inzibati xəta törətmiş şəxs X3 Xaçmaz rayon X9 X11 nümayəndəsinə rəsmi bildiriş göndərilməklə ona barəsində tərtib edilmiş EQ seriyalı 21056057 saylı protokol üzrə təyin edilmiş cəriməni müəyyən olunmuş müddət ərzində bank vasitəsilə ödəməsi barədə bildirilmiş, cəriməni göstərilən müddətdə ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək materialın müvafiq tədbir görülməsi üçün məhkəməyə göndəriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışlardan görünür ki, X5 EQ seriyalı 21056057 inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsiilə təqsirli bilinərək ona təyin olunmuş 50 manat məbləğində cəriməni və ona əsasən hesablanmış 28.5 manat dəbbə pulunu ödəməmişdir. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən EQ seriyalı 21056057 saylı qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X2 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X2 törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində nəqliyyat vasitələrini idarəetmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : NƏRMİN ABİYEVA.
Məhkəmə qərarları › İş №3(067)-1151/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1151/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver