Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1155/2021 30.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Xaçmaz rayonunun Ağaşirin-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Ağaşirin-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)-161/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 04 may 2017-ci il təvəllüdlü X3 və 17 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 28 avqust 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Məhkəmə qətaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməklə onun 2100 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)-161/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 04 may 2017-ci il təvəllüdlü X3 və 17 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 28 avqust 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutularaq tələbkar X2 verilməsi təmin edilməlidir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmiş və o, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində çox hallarda çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs oğlunun hazırda tələbkar X2 olan aliment borcu 2750 manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)- 161/2021 saylı qətnaməsinə əsasən ondan azyaşlı uşaqları- 04 may 2017-ci il təvəllüdlü X3 və 17 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəlidilmişdir. Qətnamə üzrə müəyyən edilmiş aliment məbləğini vaxtlı-vaxtında ödəyə bilməmişdir. Belə ki, o, 2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsi ilə bağlı səfərbərliyə cəlb edilməklə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və ciddi zədə almışdır. Bu səbəbdən ordu sıralarından tərxis edildikdən sonra əmək qabiliyyətini itirməklə bir müddət işləyə bilmədiyindən aliment ödənişlərini edə bilməmişdir. Hal-hazırda tələbkara olan aliment borcundan 150 manat ödəyə bilər. Döyüşdə zədələr alması və Qarabağ qazisi olması barədə tibbi və digər sənədləri aidiyyatı orqanlara göndərmişdir. 2022-ci ilin yanvar ayından İİİ qrup əlilliyə görə pensiya alacaqdır. 2022-ci ilin yanvar ayından alimenti vaxtlı-vaxtında ödəyəcəkdir. Aliment borcunun qalan hissəsini də tam ödəyəcəyinə söz verir. Ona görə də barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs X5 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)-161/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 04 may 2017-ci il təvəllüdlü X3 və 17 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 28 avqust 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində mütəmadi olaraq aliment ödənişlərindən yayınmış və onun 2750 manat aliment borcu yaranmışdır. Şəxs barəsində şikayətçidir, aliment borcunun ona borclu tərəfindən hissə-hissə ödənilməsinə də razı deyildir. Aliment borcunu tam şəkildə tələb edir, ödəmədiyi təqdirdə Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 30 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 3(067)-440/2021 nömrəi qərarında istinad olunan sənədlərdən müəyyən olunur ki, Şəxs 04.10.2020-ci il tarixdə könüllü olaraq Silahlı Qüvvələrə daxil olmuş, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 25.12.2020-ci ildə Silahlı Qüvvələrindən tərxis edilmişdir. 07.10.2020-ci il tarixdə N saylı hərbi hissədə müayinə olunmuş “MPZ. Barotravma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sag budun küt travması” diaqnozu qoyularaq müvafiq yardım göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 706 saylı Hərbi Hissəsinin 19.01.2021-ci il tarixli, 422 saylı Travma haqqında arayışdan müəyyən olunmuşdur ki, Şəxs 07.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən yaralanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1155/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1155/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver