Məhkəmə qərarları › İş №3(067)-1156/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1156/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1156/2021 30.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1962-ci ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Səlim-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)-129/2021 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutunun Şəxs qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması tələbinə dair iddiası qismən təmin edilməklə iddiaçıya məxsus olan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, həmin 4.61 ha torpaq sahəsindən cavabdehin istifadə və fəaliyyətinə son qoyulması, iddiaçıya məxsus 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsində cavabdehin fəaliyyəti və istifadəsi nəticəsində tikilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi və həmin sahənin tam şəkildə boşaldılması qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 göstərdi ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli, 2(067)-129/2021 saylı icra sənədinə əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutuna məxsus olan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, həmin 4.61 ha torpaq sahəsindən cavabdehin istifadə və fəaliyyətinə son qoyulması, iddiaçıya məxsus 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsində cavabdehin fəaliyyəti və istifadəsi nəticəsində tikilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi və həmin sahənin tam şəkildə boşaldılması təmin edilməlidir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmiş və icra müddəti təyin edilməklə borcluya tələbi könüllü icra etməsi bildirilməsinə baxmayaraq o, icra sənədində göstərilən tələbləri icra etməyəcəyini bildirərək məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmaqla icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən bu barədə müvafiq akt tərtib olunmaqla onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı qismən etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)- 129/2021 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X6-X1 qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması tələbinə dair iddiası qismən təmin edilməklə iddiaçıya məxsus olan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsinin onun sahibliyindən alınaraq iddiaçıya qaytarılması, həmin 4.61 ha torpaq sahəsindən cavabdehin istifadə və fəaliyyətinə son qoyulması, 4.61 hektar torpaq sahəsində tikilmiş tikililərin onun hesabına sökülməsi və həmin sahənin tam şəkildə boşaldılması qət edilmişdir. O, məhkəmə qətnaməsindən narazı qaldığından apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılaraq icraya yönəldilmişdir. O və ailə üzvləri 1988-ci ildən Ermənistan Respublikasından qaçqın düşmüş və ərazidə məskunlaşmış, İcra Hakimiyyəti tərəfindən ərazidə ona və ailə üzvlərinə yer ayrılmaqla orada yaşayış evi və digər tikililər tikmişdir. O, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutunun ərazisinə aid torpaq sahəsinin ərazisinə keçmədiyi halda və həmin İnstitutun kifayət qədər ərazisi olmasına baxmayaraq ona verilmiş torpaq sahəsinə iddia etməklə məhkəmə qətnaməsi əldə etmişdir. Onun və ailə üzvlərinin başqa yaşayış yeri olmadığından ərazidən çıxmaları qeyri-mümkündür və bu səbəbdən ərazidən çıxmaqdan imtina etmişdir. Bu barədə aidiyyatı orqanlara müraciət edərək bu məsələdə ona köməklik göstərilməsini xahiş edəcəkdir. Ona görə də ona müəyyən qədər vaxt verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü qismən təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar