Məhkəmə qərarları › İş №3(067)-1157/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1157/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1157/2025 05.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdfiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 2005-ci il təvəllüdlü, Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şabran rayonu, "xxxx" MMC-də mühafizəçi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 04 avqust 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, 04 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və narkotest müayinəsi zamanı onun narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, X4 DİN-nin “102” xidmətinə müraciət edərək, xx.xx.2025- ci il tarixdə “Azərbaycan Beynəlxalq Bank”ından onlayn kredit götürmək məqsədilə ümumilikdə 2000 manat pulun kart hesabına yüklənməsini, sonradan kartından 2000 manat pulun tanımadığı şəxs tərəfindən çıxarılaraq aldadılması barədə məlumat vermişdir. Həmin müraciət Xaçmaz Rayon Polis Şöbəsində Hk-1/1625 nömrə ilə qeydiyyata alınaraq icrası Xaçmaz rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Kamran Hüseynova həvalə edilmişdir. Aparılmış araşdırma zamanı vətəndaş X4 ***-***-**-** nömrəli şəxsin onunla danışaraq 2000 manat pulunu ələ keçirməsini bildirmişdir. Tərəflərindən ***-***-**-** nömrəli mobil nömrənin Şəxs məxsus olması müəyyən edilmiş və izahatının alınması üçün Xaçmaz RPŞ-yə dəvət edilmişdir. Şəxs izahatı alınan zaman, o özünü şühbəli apardığına görə onun narkotik vasitələrin və psixotrop maddələrin istifadə edib-etməməsini yoxlamaq məqsədi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş və orada narkoloji tesdən keçən zaman onun narkotik vasitə olan marixuana qəbul etməsi aşkar olunmuşdur. Yoxlamanın nəticələri üzrə AR CPM-nin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilmişdir. Lakin, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol tərəfimdən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərmişdir ki, 21 yaşı var. Ailədə ondan kiçik bir bacısı var. Təhsil almaq istəyir. Ona görə də sənədlərini Bakı şəhəri, Peşə liseyinə təqdim etmişdir. O, sadəcə bir dəfə istifadə etmişdir və etdiyi əmələ görə də peşmançılıq çəkir. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin mövqeyindən çıxış edərək, bildirmişdir ki, Sabirabad rayon Polis Şöbəsində dələduzluqla bağlı hazırda cinayət iş gedir. Həmin işdə ***-***-**-** telefon nömrəsi qeyd edilmişdir. Bu nömrəni isə Şəxs öz adına alıb, istifadə edir. Lakin, Sabirabad rayonunda dələduzluqla aparılan işlə Sahilin heç bir əlaqəsi yoxdur. Şəxs həmin işlə bağlı Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Bundan sonra Xaçmaz rayon Polis Şöbəsi əməkdaşları onu narkotik vasitələrin istifadəçisi kimi şübhəli bilərək, ekspertizaya göndərmişdir. Ekspertizada müayinə zamanı onun marixuana istifadə etdiyi aşkarlanmışdır. Əməlindən peşmandır. Şəxs müharibə iştirakçısıdır. Hazırda o, peşə liseyinə sənəd verib, qəbul olunması barədə nəticəni gözləyir. Ona görədə barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Xaçmaz rayon X6 Bölməsinin müstəntiqi, polis baş leytenantı X3 04 avqust 2025-ci il tarixli qərar, inzibati xəta haqqında 04 avqust 2025-ci il tarixli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X1 tərəfindən verilmiş 04 avqust 2025-ci il tarixli, 4694 nömrəli rəyinin surətindən müəyyən edilir ki, tibbi müayinə zamanı Şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Xaçmaz rayon X6 Bölməsinin müstəntiqi, polis baş leytenantı X3 04 avqust 2025-ci il tarixli qərarından müəyyən edilir ki, raport əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətmiş xətada özünü təqsirli bilərək, səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kini nəzərə alır. Məhkəmə araşdırmasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X1 tərəfindən verilmiş 04 avqust 2025-ci il tarixli, 4694 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar