Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1158/2022 21.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu, X2 tərəfindən inzibati xətaya dair qərarlardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10317575 nömrəli inzibati qərarla tətbiq edilmiş 100 manat cərimənin və xx.xx.2022-ci il tarixli EQ 10387693 nömrəli qərarla tətbiq edilmiş 100 manat cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 -57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərarlar 21 və 27 iyun 2022-ci il tarixlərdə qəbul edilsə də, şikayət məhkəməyə 20 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə EQ 10317575 və EQ 10387693 saylı inzibati tənbehvermə haqqında qərarların şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, həmin qərardan şikayətvermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, şikayətçi eyni şikayət ərizəsi ilə bir neçə qərardan şikayət verərək həmin qərarların ləğv edilməsini bir şikayət ərizəsində xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydaları müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərarlardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərarlardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ, həmçinin hər bir qərardan ayrı-ayrılıqda şikayət vermək qaydası izah edilməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarların ona nə vaxt təqdim edilməsinə dair müvafiq sənədi şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EQ 10317575 və və xx.xx.2022-ci il tarixli EQ 10387693 saylı inzibati tənbehvermə haqqında qərarlardan verdiyi şikayəti geri qaytarılsın. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1158/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1158/2022
21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver