Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1159/2021 02.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə xx.xx.1974-cü ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz rayonunun, Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 19.08.2021-ci il tarixdə X5 məxsus 80 manat dəyərində su çəlləyini, 03.09.2021-ci il tarixdə X3 məxsus marketdən üğuği dəyəri 50 manat olan siqaretləri və 40 manat pulu, 30.09.2021-ci il tarixdə X10 məxsus evin həyətindən ümumi dəyəri 90 manat olan 1 ədəd qaz balonu, 1 ədəd qazanı və 1 ədəd vedrəni, 18.10.2021-ci il tarixdə X20 məxsus avtomobilin 1 manat dəyərində əyləc sisteminin bərkidici detallarını, 21 oktyabr 2021-ci il tarixdə X4 məxsus evinin qarşısından 90 manat dəyərində qaz sayğacını,23.10.2021-ci il tarixdə X4 məxsus həyətdən ümumi dəyəri 81 manat olan elektrik naqillərini, çuqun qazanı və aftafanı, 24.10.2021-ci il tarixdə X11 məxsus toyuq hinindən ümumi dəyəri 40 manat olan 4 ədəd toyuğu, 24.10.2021-ci il tarixdə X9 məxsus aptekdən pulu, 28.10.2021-ci il tarixdə X12 məxsus evdən 90 manat dəyərində 1 ədəd samovarı, 30.10.2021-ci il tarixdə X6 məxsus evin həyətindən ümumi dəyəri 90 manat olan su motorunu və elektrik naqillərini,31.10.2021-ci il tarixdə X1 məxsus avtomobildən ümumi dəyəri 49 manat olan məişət qablarını və uşaq paltarlarını oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, 19.08.2021-ci il tarixdə X5 məxsus 80 manat dəyərində su çəlləyini, 03.09.2021-ci il tarixdə X3 məxsus marketdən üğuği dəyəri 50 manat olan siqaretləri və 40 manat pulu, 30.09.2021-ci il tarixdə X10 məxsus evin həyətindən ümumi dəyəri 90 manat olan 1 ədəd qaz balonu, 1 ədəd qazanı və 1 ədəd vedrəni, 18.10.2021-ci il tarixdə X20 məxsus avtomobilin 1 manat dəyərində əyləc sisteminin bərkidici detallarını, 21 oktyabr 2021-ci il tarixdə X4 məxsus evinin qarşısından 90 manat dəyərində qaz sayğacını,23.10.2021-ci il tarixdə X4 məxsus həyətdən ümumi dəyəri 81 manat olan elektrik naqillərini, çuqun qazanı və aftafanı, 24.10.2021-ci il tarixdə X11 məxsus toyuq hinindən ümumi dəyəri 40 manat olan 4 ədəd toyuğu, 24.10.2021-ci il tarixdə X9 məxsus aptekdən pulu, 28.10.2021-ci il tarixdə X12 məxsus evdən 90 manat dəyərində 1 ədəd samovarı, 30.10.2021-ci il tarixdə X6 məxsus evin həyətindən ümumi dəyəri 90 manat olan su motorunu və elektrik naqillərini,31.10.2021-ci il tarixdə X1 məxsus avtomobildən ümumi dəyəri 49 manat olan məişət qablarını və uşaq paltarlarını oğurlamışdır. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X13 28 avqust 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X7 13 sentyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X14 04 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X16 10 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X2 31 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X2 02 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X8 03 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X14 03 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X14 03 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X8 08 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı X8 08 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib ona 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-1159/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1159/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver