Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1159/2025 06.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X6 X7 X4 üzrə baş inspektoru, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Qusar rayonu, İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qusar rayonu, İmamqulukənd kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “”MERCEDES BENZ E230” minik markalı, 99BU411 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Muxtadır kəndində, dənizin sahilində, qumluq ərazidə ictimaiyyətin çox olduğu yerə yaxın nümayişkaranə formada ziq-zaq hərəkətlər edərək əhaliyə açıqca hörmətsizlik edərək avtoxuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs etibarnamə ilə idarə etdiyi “MERCEDES BENZ E230” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xaçmaz rayonu, Muxtadır kəndi ərazisində, dəniz kənarında qumluq ərazidə avtoxuliqanlıq hərəkətləri etmiş, videogörüntüyə alınaraq sosial şəbəkəyə yerləşdirilmişdir. Bununla əlaqədar Şəxs Xaçmaz RPŞ-yə dəvət olunaraq izahatı alınmış, İXM-nin 511.1.3-cü maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. O, barəsində inzibati xətaya dair icraat aparılan şəxs barəsində cərimə növündə inzibati təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, həmin gün istirahət etmək üçün dənizə getmişdir. Avtomobilin yağını dəyişdiyi üçün dəniz kənarında dincələn insanlardan aralı məsafədə avtomobili sərt manevrlər etdirməklə ustanın tapşırığına əsasən yağın normal işləməsini təmin etmişdir. Lakin onun avtoxuliqanlıq etmək niyyəti olmamış, bunun inzibati xəta əməli olmasını bilməmişdir. Videogörüntünü çəkən şəxs kadrı yaxınlaşdırdığı üçün avtomobili insanların dincəldiyi yerə yaxın məsafədə olması güman olunur, əslində isə xeyli kənarda olmuşdur. Bunu təsdiq edəcək şahidlər də vardır. O, işləmir, avtomobildən mütəmadi olaraq istifadə etmir, lakin nəvəsini bir müddət bundan əvvəl Bakı şəhərində xəstəxanaların birində əməliyyat etdirdiyi üçün nəvəsini müalicəyə aparıb-gətirir. Eyni zamanda bağ sahəsi vardır və avtomobildən bağ sahəsinə gedib-gəlməkdə istifadə edir. Avtomobil olmadan bağ sahəsinə getmək mümkün deyildir. Buna görə də, sürücülük hüququnun məhdudlaşdırılmasının ona mənfi təsiri olacaqdır. Həmçinin o avtomobili Qubalı şəxsdən alaraq aylıq ödəniş edir və avtomobili öz adına rəsmiləşdirmədən etibarnamə ilə idarə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş bir ədəd CD diskə baxış zamanı inzibati xəta haqqında protokolda qeyd edilən halların öz təsdiqini tapdığı, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəniz kənarında avtomobillə manevrlər edərək yolun səthində çoxsaylı təkər izlərinin buraxdığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlinir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan müəyyən edilir ki, Qusar rayonu, İmamqulukənd kəndində anadan olmuş Şəxs istifadəsində olan “Mercedes Benz E 230” minik markalı, 99BU411 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətlərini edərək Azərbaycan Respublikası İXM-nin 511.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -xx.xx.2025-ci il tarixli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “İzahat”ından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E 230” minik markalı, 99BU411 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Muxtadır kəndində dəniz kənarında, dənizin sahilində, qumlu sahədə, ictimaiyyətin çox yerə yaxın nümayişkaranə formada ziq-zaq hərəkətləri edərək əhaliyə açıqca hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “Sürücülük vəsiqəsi”nin surətindən müəyyən edilir ki, AF 302941 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək etibarlıdır. -xx.xx.2025-ci il tarixli, 294716 nömrəli nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş “Etibarnamə”nin surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 tərəfindən Qusar rayonu, İmamqulukənd kəndində qeydiyyatda olan Şəxs “MERCEDES BENSZ E 230” minik markalı, 99BU411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2027-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. -CD diskə baxış zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs idarə etdiyi “MERCEDES BENZ E230” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə dəniz kənarında avtomobillə manevrlər edərək yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmanlığını bildirməsi Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, Şəxs oğlunun şəxsiyyətini, yaşını, məsuliyyətini yüngülləşdirən halın olmasını, eyni zamanda məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun barəsində İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir, eləcə də onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 31, 40, 43, 48- 51, 106, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva HAKİM XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №3(067)-1159/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1159/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver