Məhkəmə qərarları › İş №3(067)-116/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-116/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-116/2024 12.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 Ekologiya və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN-1441135 saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN-1441135 saylı qərarının ləğv olunması barədə qərar qəbul edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 18 yanvar 2024-cü il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən 700 (yeddi min) manat məbləğində cərimə edilmişdir. Qərarın surətini xx.xx.2024-cü il tarixdə almışdır. Aşağıda şərh olunanlara əsasən qərarla razı deyil, hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında 18 yanvar 2024-cü il tarixli, MN ******* saylı qərarında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi göstərilir: "Xaçmaz rayonu İstisu qəsəbəsində Xəzər dənizinin akvatoriyasında balıq ovlama bileti olmadan qanunsuz olaraq balıq ovlamışdır. Qeyd edir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək 41/2 nömrəli balıqovlama bileti almışdır. Göstərilən tarixdə qanuni balıq ovlama icazəsi var idi. Balıq ovlamaq üçün ona verilmiş balıq ovlama biletinin müddətinin bitməsinə 15 gün qalmış xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə gedərək həmin xidmətin əməkdaşları olan İlham və Yaqub müəllimə müraciət etmişdir ki, ona 2024-cü il üçün balıq ovlama biletinin verilməsinə köməklik etsinlər. Onlar ona balıq ovlama biletinin 2024-cü il yanvar ayının 10 və ya 15 tarixlərində hazır olacağını bildirdilər və ona bu haqda məlumat verəcəklərini qeyd etdilər. O, xx.xx.2024-cü il tarixində balıq ovlama biletinin müddətinin bitməsi ilə əlaqədar balıq ovlanmasını dayandırmışdır. 2024-cü il üçün balıq ovlanması biletinin alınmasını gözləmişdir ki, qanuni surətdə 2024-cü il üçün balıq ovlama bileti alaraq sonra balıq ovlanması ilə məşğul olsun. O, yeni kvota əldə edə bilmədiyi üçün balıq ovunu dayandırmış və xx.xx.2024-cü il tarixdə balıq ovlanmasını dayandırmağına baxmayaraq birgə işlədiyi şəxslər ilə birlikdə Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan dəniz sahəsində balıq ovu üçün ona ayrılmış sahədən ona məxsus olan xx.xx.2023-cü il tarixdə, yəni balıq ovlama icazəsi olan tarixdə dənizə atdığı 7 ədəd metal lövbərləri dənizdən yığmaq sahilə çıxartmaq məqsədilə ona məxsus olan mühərriksiz avarlı qayıqla dənizə çıxartmışdır. Lövbərləri yığan zaman, yəni ona məxsus olan 7 ədəd lövbəri yığarkən bir ədəd lövbərə ona məxsus olmayan sahibsiz, yararsız torun dolaşdığını aşkarlamışdır. Aşkarlanan torun üzərində 3 ədəd ölmüş kütüm balığı dolaşmışdır. Balıqlardan biri köhnəlmişdi, ikisi isə qida kimi istifadə etməyə yararlı idi. O, həmin 2 ədəd balığı ölmüş vəziyyətdə ancaq yemək üçün istifadə olunmuş vəziyyətdə olduğu üçün yemək məqsədi ilə sahilə gətirmiş, sahilə gətirən zaman ekologiya işçiləri tanımadığı və heç vaxt görmədiyi mülki geyimdə olan şəxslər özlərini təqdim etmədən sonradan adını bildiyi Mahir Muradov adlı ekologiya işçisi ona hücum edib, zorla sinəsindən itələyərək ona məxsus olan qayığa yaxınlaşmış və o, onlara haqsız yerə onlara cərimə yazmaq istədiklərini bildirəndə onlar video və foto şəkilləri çəkməyə başladılar. Qayığın içərisindən 3 ədəd birinin çəkisi 700 qram olmaqla, cəmi 2.1 kq kütüm balığını göstərərək ona cərimə ilə, cinayət işi ilə hədələyərək əlində hazır vəziyyətdə yən yazılmış vəziyyətdə özü ilə gətirdiyi izahat blankına qol çəkməyə məcbur etdilər və etiraz etmiş sənədlərə imza atmamışdır. Hansı ki, onun heç bir təqsiri yoxdur, bunu özləri də bilirdilər. Hətda Ekologiya idarəsi bilir ki, o, heç vaxt nöqsanla işləməmişdir. Qanunsuz balıq ovı ilə məşğul olmamışdır, yalnız qanuni balıq ovlama bileti alaraq balıq ovlamışdır. Ona qanunsuz yerə 07.01,2024-cü il tarixdə yazılan 700 manat məbləğində inzibati cəriməni əsassız yerə yazmışlar. Bunu həmin işçilərə də bildirmiş, sonradan yanına gələn tanıdığı ekologiya işçisi olan Amil Hüseynova bildirmişdir ki, ona qanunsuz cərimə yazırlar. Bu səbəbdən də, onun İXM-nın 272.1-ci maddəsi ilə inzibati tənbehə məruz qalmağı əsaslı hesab edilə bilməz. Göründüyü kimi tərtib edilmiş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanuni və əsaslı deyildir. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə reyd zamanı balıq ovu ilə məşğul olan qayıq müşahidə etmişdir. Qayığın sahilə gəlməsini gözləmiş, qayıq sahilə yaxınlaşandan sonra qayıqda yoxlama zamanı 3 ədəd kütüm balığı ovlanması aşkar edilmişdir. Həmin şəxslər onlara bildirmişlər ki, maddi vəziyyətləri yaxşı deyil, ona görə də balıq tutmaqla məşğuldurlar. Heç bir yazılı izahat verməmişlər. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN-1441135 saylı qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsinin tələblərini pozduğuna görə 700 manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN-1441135 saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillər, qərar, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. X4 xx.xx.2024-cü il tarixində Xaçmaz rayonu İstisu qəsəbəsində Xəzər dənizində qadağan olunmuş müddətdə istifadəsi qanunla qadağan edilmiş sintetik torba ovlanması qanunla qadağan olunmuş Xəzər qızıl balığını ovlamışdır. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bunu şikayətçi özü də təkzib etmir. Şikayətçi baş verən inzibati xətanı balığın təsadüfən istəmədən toruna düşməsi ilə əlaqələndirir ki, bunun qanuni olmasını, qanunu pozmamasını məhkəmə gedişatı zamanı sübut edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN-1441135 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN-1441135 saylı qərarı dəyişdirilmədən saxlanılsın Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar