Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1164/2023 26.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X4 X5 inzibati təcrübə üzrə inspektoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun tərcüməçisi Süleymanov Heydər oğlunun iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3-cü maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs özünə məxsus “Mercedes Benz” markalı ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə hüququ olmadan Xaçmaz rayonu Müqtədir qəsəbəsində idarə edərkən yolun X2 evinin qarşısında saxladığı “X-Trail” markalı ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa tərəfindən vuraraq nəzqliyyat vasitəsinə zərər vurmuşdur. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X4 X5 inzibati təcrübə üzrə inspektoru Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, özünə məxsus “Mercedes Benz” markalı ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə hüququ olmadan Xaçmaz rayonu Müqtədir qəsəbəsində idarə edərkən yolun X2 evinin qarşısında saxladığı “X-Trail” markalı ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa tərəfindən vuraraq nəqliyyat vasitəsinə zərər vurmuşdur. Bundan sonra o, zərərçəkmiş şəxsə dəymiş zərərə görə 20 manat vermişdir. Lakin o, həmin vaxt spirtli içki təsiri altında olmamışdır. O, evə qayıdandan sonra spirtli içki qəbul etmişdir. Hadisədən dəqiq xatırlamır bir neçə saat keçdikdən sonra zərərçəkmiş şəxs onun evinə gələrək onun verdiyi 20 manatı ona geri qaytararaq məsələni Polis Şöbəsində həll edəcəyini bildirərək, X7 əməkdaşını yaşadığı ünvana gələrək onlarla birlikdə rayon Polis Şöbəsinə getmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata hissəvi xitam verilməli, digər hissədə baxılması üçün isə material müvafiq səlahiyyətli şəxsə göndərilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon X4 X5 inzibati təcrübə üzrə inspektoru Nümayəndə tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Lakin şəxsin həmin hadisə vaxtı spirtli içki təsiri altında olması və bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yalnız şəxsin barəsində inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları almaqla kifayətlənmişdir . İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat inzibati cərimə tənbeh növü müəyyən edilmişdir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması müəyyən olunmuşdur. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs yol hərəkəti əleyhinə olan inzibati xətanı törətməsini etiraf etsə də, həmin zaman sərxoş halda olmamasını bildirmişdir və bu hal polis əməkdaşları tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan sərxoşluq dərəcəsinin müəyyən edilməsi haqqında qəbzdən görünür ki, Şəxs xx.xx.2023-cü ildə saat 17:51-də müayinədən keçmiş, hadisə isə həmin tarixdə saat 12:14-də baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs spirtli içkini hadisədən sonra evində qəbul etdiyini bildirsə də, inzibati araşdırmanı aparan polis əməkdaşı bu halı heç bir fakt və sübutla təkzib edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla da, müəyyən olunur ki, Şəxs nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edərək zərərçəkmiş şəxsə zərər vurması faktı öz əksini tapmamışdır, ona görə onun Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar olmamışdır, Şəxs əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 19 sentyabr 2023-cü il tarixdə müvafiq hüququ olmadan idarə etdiyi “Mercedes Benz” markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonundan Müqtədiq qəsəbəsində hərəkətdə olarkən, nəqliyyat vasitəsini etibarnamə olmadan və yol hərəkəti qaydalarına əməl etməyib ara məsafəsi saxlama qaydalarını pozmuşdur, hansı ki, həmin əməl Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrinin təsiri altına düşür. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti müvafiq daxili işlər orqanlarına aid edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxsnun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Xaçmaz rayon Polis Şöbəsinin DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1164/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1164/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver