Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1166/2025 11.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Xaçmaz rayonu, Qaraçay-Cek kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Qaraçaycek kəndində qeydiyyatda olan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, onlar xx.xx.2025-ci il tarixdə səhər saatlarında əməliyyat qrupunun xidməti qəbulunda olan zaman Xaçmaz RPŞ-nin inzibati binasının dəhlizində dayanmışlar. Bu zaman X7 üzrə inspektor Şahid xidməti otağından mübahisə, səs-küyü gəldiyindən dərhal digər polis əməkdaşları ilə birgə həmin xidməti otağa yaxınlaşmışlar. Həmin vaxt məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə Quba-Xaçmaz yolunda Quba rayon sakinin idarə etdiyi avtomobillə Xaçmaz rayon sakini Şəxs idarə etdiyi avtomobil toqquşaraq yolnəqliyyat hadisəsi törənmişdir. Baş vermiş hadisə ilə bağlı araşdırılma aparılması üçün X7 üzrə inspektor üzrə inspektor hər iki tərəfi də dəvət etmişdir. YNH üzrə inspektor Şahid hadisə ilə bağlı tərəflərin izahatını alan zaman Şəxs düzgün məlumat verməmiş, yalan izahat verərək, özünə haqq qazandırmaq istəmiş, bu zaman onların arasında mübahisə yaranmış, Qəşəm Həmzəyəv polis əməkdaşlarına tabesizlik göstərərək, nalayiq ifadələr işlətmişdir. Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, qeyd olunan maddə ilə özünü təqsirli bilmir. Belə ki, 11 avqust 2025-ci il tarixdə, saat 11:30 radələrində polis əməkdaşı Şahid tərəfindən onun şərəf və ləyaqəti kobud şəkildə alçaldılmış, təhqir edilmiş və Şahid onun üzərinə hücum çəkərək belinə, arxa nahiyəsinə boynuna təpik və şillə ilə zərbələr endirmişdir. Bu barədə Nazirliyə müraciət edəcəkdir. Şahid öz xidməti otağında, dəhlizdə də onu döyərkən onun “var-yoxunu” söyərək təhqir etmişdir. Bütün bunlara səbəb Şahid hadisənin araşdırılması, hadisə ilə bağlı videogörüntülərin olduğunu bildirməsi, əgər videogörüntüləri tapmazsa, bacanağının obyektinin kameralarla təchiz olunduğunu barədə bildirməsi olmuşdur. Şahid bacanağının kim olduğunu soruşduqda Rövşən olduğunu bildirmiş, avtomobilinin nömrəsini də qeyd etdiyində Şahid ona qarşı şiddət göstərməyə başlamışdır. Onların arasında hansı səbəbdən ədavət olduğunu bilmir. Qəza törətdiyi ikinci şəxs də həmin vaxt orada olmuşdur. Daha sonra onu saxlama yerinə salmışlar, məhkəməyə gətirilənədək saxlanc yerində saxlanılmış, hətta içməyə su istədiyi zaman su verilməmişdir. O, bundan əvvəl “102” xidmətinə zəng edərək vəhşicəsinə döyülməsi, şərəf və ləyaqətinin alçaldılması, təhqir olunması barədə məlumat vermişdir. Himayəsində azyaşlı xəstə uşağı var, həyat yoldaşı isə işləmir. O, taksi fəaliyyəti ilə məşğul olub, ailəsini çətinliklə dolandırır. Barəsində baxılan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında Şahid izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Quba-Xaçmaz yolunun 1-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yeri inspektor tərəfindən müayinə edildikdən sonra sənədlər onlara təqdim olunur, sonra isə onlar hadisəni araşdırırlar. Şəxs Yol Polisi Bölməsinə dəvət olunub, izahatı alındıqdan sonra getmişdir. Dünən qarşı tərəf Polis Bölməsinə gəlmiş, lakin o hər ikisini eyni vaxta izahatı alınması üçün bu gün dəvət etmişdir. Tərəflərə hadisə baş verən ərazidə ötmək qadağandır yol nişanının olduğunu bildirmişdir. Qarşı tərəfə ötmək qadağandır yol nişanının təsir zonasında ötmə əməliyyatı aparmasını demiş, lakin qarşı tərəf hadisədə günahkarın özü olmadığını, 12 yaşlı qızının xərçəng xəstəsi olduğunu, həyat yoldaşının vəfat etdiyini bildirib, and içmişdir ki, hadisədə onun təqsiri olmamışdır. Bundan sonra yenidən Şəxs dindirməyə, hadisəni araşdırmağa davam etmişdir. Şəxs yolun sağ tərəfindən-təmir məntəqələrinin qarşısından sola, qarşı zolağa çıxmadan manevr etmə qaydasının pozaraq arxadan gələn nəqliyyat vasitəsinin qarşısına çıxıb və toqquşma hadisəsi baş vermişdir. Şəxs buna baxmayaraq qarşı tərəfin sürətlə gəldiyini bildirərək təqsirin özündə olmadığını demişdir. O, həmin şəxsin ucadan danışığını görüb hiss etmişdir ki, bu adam şər-böhtan atmaq məqsədi daşıyır. Şəxs səs-küy salmağa başlayanda o, Şəxs sakit olmasını, səs-küy salmamasını düzgün izahat verməsini bildirmişdir. Şəxs artıq istədiyinə nail ola bilmədiyini görərək ucadan danışaraq şərböhtan atmağa davam etmişdir. O, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Artıq onun sakitləşmədiyini görüb onun qolundan tutaraq Növbətçinin yanına aparıb protokol tərtib edilməsini bildirmişdir. O, bundan sonra raport yazmışdır. Lakin o, Şəxs bacanağının kim olmasını bilmir, onunla heç bir şəxsi qərəzliyi yoxdur. Həmçinin həmin şəxsi döyməmiş və söyməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəisinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır, bununla yanaşı onun əməlində İXM-nin 510-cu maddəsində nəzərə tutulan inzibati xətanın tərkibinin olması öz təsdiqini tapdığından o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz RPŞ-nin DYPB-nin YNH-i üzrə baş inspektoru Şahid tərtib etdiyi xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə xidməti otaqda xx.xx.2025-ci il tarixində Xaçmaz-Quba yolunda VAZ 2106 markalı, 10 FX910 dövlət qeydiyyat nişanlı və VAZ 2101 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə baş vermiş YNH-ni sənədləşdirən zaman VAZ 2101 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yalan izahat verməklə özünə haqq qazandıraraq hadisədə günahkar olmadığını bildirərkən, Şahid Şəxs günahkar olduğunu bildirdiyində, sonuncu Şahid barəsində şikayət edəcəyini bildirmiş, bununla kifayətlənməyərək, ünvansız nalayiq ifadələr söyləyərək xidməti fəaliyyətini pozmuşdur. Şahid Şəxs nizam-intizama dəvət etsə də onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək Şahid qanuni tələblərini pozmuşdur. - “İnzibati qaydada tutma haqqında protokol”dan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 14:00da inzibati qaydada tutulmuşdur. - X1 Xaçmaz RPŞ-yə verdiyi xx.xx.2025-ci il tarixli izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18 radələrində özünə məxsus olan avtomobil ilə Quba-Xaçmaz yolunda yerləşən “Xaçmaz İnşaat” mağazasının qarşısında hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşının yanında araşdırma aparılan zaman toqquşma hadisəsinin digər sürücüsü polis əməkdaşına hadisə barədə yalan məlumatlar vermişdir. Polis əməkdaşı ona düzgün danışmağını tələb etmiş, həmin vaxt sürücü polis əməkdaşına qışqıraraq danışdığı üçün polis əməkdaşı ilə sürücü arasında sözlə mübahisə yaranmış, mübahisə zamanı sürücü polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt şöbədə digər polis əməkdaşları xidməti otağa gəlib mübahisəni sakitləşdirmişlər. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır, bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş məsuliyyət xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. Belə ki, inzibati xəta haqqında protokoldan göründüyü kimi Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tövsifedici əlaməti polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə hərəkətlərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Şəxs polis işçilərinin konkret olaraq hansı qanuni tələblərinə tabe olmaması müəyyən edilməmiş və bu hər hansı sübutla öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərinə yol verməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İXM-nin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsif olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR ALDI : xx xxxx 1983-cü ildə Xaçmaz rayonu, Qaraçay-Cek kəndində anadan olmuş Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsindən həmin məcəllənin 510-cu maddəsinə tövsif edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 avqust 2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1166/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1166/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver