Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1167/2025 11.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin X2, polis sahə rəisi, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 17 avqust 2002-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Xaçmaz rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 09 avqust 2025-ci il tarixdə 04:00-05:00 radələrində X2 inzibati binasında dəhlizdə nalayiq ifadələr işlədib, xidməti iş fəaliyyətinə mane olub, polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X3 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis kapitanı Nümayəndə göstərdi ki, 09 avqust 2025-ci il tarixdə saat 04:00 radələrində əməliyyat qrupunda olarkən 102 xidmətindən Şəxs döyülməsi ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında hadisə yerinə gedən Post Patrul Xidmətinin əməkdaşları şəxsin spirtli içki təsirində olduğunu və Palermo istirahət mərkəzinə daxil olmaq istədiyi zaman istirahət mərkəzinin mühafizəçiləri tərəfindən uzaqlaşdırıldığını öyrənmişlər. Bundan sonra polis əməkdaşları şəxsin orda qaldığı təqdirdə hər hansı bir xoşa gəlməz hadisənin baş verməsindən ehtiyatlanaraq şəxsi götürüb bölməyə gətirmişlər. Şəxs bölməyə gətirildikdən sonra bölmənin inzibati binasının həyətində ondan sonra inzibati binaya daxil olaraq orada ucadan polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmişdir. Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, həmin vaxt həddindən artıq spirtli içki qəbul etdiyindən öz hərəkətlərini dərk edə bilməmişdir. Törətmiş olduğu inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini və bur daha belə bir əmələ yol verməyəcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiialarını araşdıraraq və iş materiallarına əlavə edilmiş video diskə baxış keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət yaradır. Həmin məcəllənin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. İnzibati xəta haqqında işə baxılarkən və iş materiallarına əlavə edilmiş video yazıya baxış keçirərkən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli-yəni, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər törətməsi öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs ictimai yerdə nalayiq söyüşlər söyməklə ictimai qaydanın pozulmasına səbəb olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İnziabti Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsüf olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan 09 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 avqust 2005-ci il tarixdə saat 06:25 radələrində tutulmuş, 10 avqust 2025-ci il tarixdə saat 10:00-da həbsdən azad edilmişdir. Odur ki, Şəxs 09 avqust 2025-ci il tarixdə saat 06:25-dən 10 avqust 2025-ci il tarixdə saat 10:00-dək tutulduğu 01 (bir) gün müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti cəza saxlanılmalıdır. Həbsin əvvəli 11 avqust 2025-ci il tarixdən saat 17:05-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən, həmin Məcəllənin 510-cu maddəsinə tövsif olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs 09 avqust 2025-ci il tarixdə saat 06:25-dən 10 avqust 2025-ci il tarixdə saat 10:00-dək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) gün müddətinə inzibati həbs növü saxlanılısın. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və həbsdə saxlama müddətinin əvvəli 11 avqust 2025-ci il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-1167/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1167/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver