Məhkəmə qərarları › İş №3(067)-1169/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1169/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1169/2025 13.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə müəyyən etdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeydiyyatda olduğu ünvan və yaşayış yeri ünvan 1aş verdiyi ərazi İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsi kimi qeyd edilmişdir. Eyni zamanda şikayətçi tərəfindən işə yaşadığı yer üzrə Xaçmaz Rayon Məhkəməsində baxılması üçün vəsatət təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, X2 şikayətinə Xaçmaz rayon məhkəməsinə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Beləliklə, inzibati xəta hadisəsi İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində baş verdiyindən və barəsində qərar çıxarılmış şəxs tərəfindən şikayətə yaşadığı yer üzrə baxılmasına dair vəsatət verilmədiyindən həmin inzibati qərardan şikayətə Xaçmaz Rayon Məhkəməsində baxılması mümkün deyildir, inzibati material aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqındaqərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar