Məhkəmə qərarları › İş №3(067)-117/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-117/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-117/2023 17.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 18-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 16 yanvar 2023-cü il tarixdə, Xaçmaz şəhəri, H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayon ərazisində qeydiyyat qaydalarına riayət olunması, fahişəliklə məşğul olan şəxslərin müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və digər hüquqpozmaların qarşısının alınması ilə bağlı keçirilmiş profilaktik tədbirlər zamanı Salyan rayonunda qeydiyyatda olan Şəxs dəfələrlə Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524 və 563.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmasına baxmayaraq, barəsində tətbiq olunmuş cərimələri ödəməkdən və Xaçmaz rayonu ərazisində olduğu yer üzrə qeydiyyata durmaqdan yayınmışdır. Eyni zamanda, dəfələrlə edilmiş xəbərdarlıqlara və inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq o, rayon ərazisində fahişəliklə məşğul olmağa davam edir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Şəxs ilə Xaçmaz şəhərində yerləşən «Liq TV» kafesində Xaçmaz rayonu ərazisində olduğu yer üzrə qeydiyyata durması, milli mənəviyyata zidd olan hərəkətlərlə, o cümlədən fahişəliklə məşğul olmaması və barəsində tətbiq edilmiş cərimələrin ödənilməsi ilə bağlı profilaktik söhbətlər aparılan zaman o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qarşısına qoyulan qanuni tələbləri yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, polis tərəfindən onun barəsində tərtib edilmiş inzibati xətaya dair protokollardan, cərimə olunması barədə məlumatlı olmuş, lakin o, cərimələri ödəmək qaydasını bilmədiyindən ödəməmişdir. Lakin o, cərimələri ödəyərək qeydiyyatda olduğu yerə qayıtmaq istəyir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan, həmin tarixli raportdan, Şəxs xx.xx.2023-cü il tarixli izahatından, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarların surətlərindən müəyyən edilir ki, Xaçmaz rayonu ərazisində qeydiyyat qaydalarına riayət olunması, fahişəliklə məşğul olan şəxslərin müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və digər hüquqpozmaların qarşısının alınması ilə bağlı keçirilmiş profilaktik tədbirlər zamanı Salyan rayonunda qeydiyyatda olan Şəxs Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524 və 563.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmasına baxmayaraq, barəsində tətbiq olunmuş cərimələri ödəməkdən və Xaçmaz rayonu ərazisində olduqları yer üzrə qeydiyyata durmaqdan yayınmışdır. Eyni zamanda dəfələrlə edilmiş xəbərdarlıqlara və inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, o, Xaçmaz rayon ərazisində fahişəliklə məşğul olmağa davam etmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Şəxs ilə Xaçmaz şəhərində yerləşən «Liq TV» kafesində Xaçmaz rayon ərazisində olduqları yer üzrə qeydiyyata durmaları, o cümlədən fahişəliklə məşğul olmaması və barəsində tətbiq edilmiş cərimələrin ödənilməsi ilə bağlı profilaktik söhbətlər aparılan zaman o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qarşısına qoyulan qanuni tələbləri yerinə yetirməkdən imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 yanvar 2022-ci il tarixdə, saat 23:18-də inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 16 yanvar 2022-ci il tarixdən, saat 23:18-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar