Məhkəmə qərarları › İş №3(067)-117/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-117/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-117/2025 23.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 tərəfindən Xaçmaz rayon Polis Şöbəsinin 07 yanvar 2025-ci il il tarixli, EQ seriyalı 25419704 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 tərəfindən Xaçmaz rayon Polis Şöbəsinin 07 yanvar 2025-ci il il tarixli EQ seriyalı 25419704 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək, Yalama-Xaçmaz-Gəndob yolu ilə hərəkətdə olarkən surət həddini aşmadığını bildirmişdir. Yazılmış cəriməni isə dərhal ödəmişidir ki, dəbbə pulu hesablanmasın. Ərizəsinin təmin olunmasını və 07 yanvar 2025-ci il il tarixli EQ seriyalı 25419704 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və tərəfin izahatlarını araşdıraraq, hesab edir ki, şikayət əsassız olduğundan, qərar dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İlqar Hüseynov EQ 25419704 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə 45 manat məbləğində olan inzibati cəriməni xx.xx.2025-ci il tarixdə ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə tətbiq olunur. İş materiallarında olan elektron qərar və fotoşəkillərdən görünür ki, 27BC300 dövlət qeydiyyat nömrəli maşının sürücüsü yolda müəyyən edilmiş 60 km/s olan sürət həddini 23 km/ aşmağa görə 50 manat məbləğində cərimə edilmişdir. X3 yol nəqliyyat hadisəsinin törədilməsində onun təqsirinin olmamasını qeyd etsə də, bunu təkzib edən sübutları və faktları məhkəmə tədqim etməmişdir. Məhkəmə hesab edir ki, X2 törətdiyi inzibati xəta xxüsusi cihaz vasitəsilə aşkar olunduğundan, yəni bu xətanın aşkar edilməsi və protokolun tərtib edilməsində insan faktorunun olmaması, habelə şikayətçinin növbəti günü təyin edilmiş cəriməni ödəməsi ona dəlalət edir ki, qərar əsaslıdır və qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Xaçmaz rayon Polis Şöbəsinin 07 yanvar 2025-ci il il tarixli EQ seriyalı 25419704 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar