Məhkəmə qərarları › İş №3(067)-1171/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1171/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1171/2021 03.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonunun Mürşüd-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Mürşüd-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 03 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Mürşüd-oba kəndində X2 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, 03 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Xaçmaz rayonunun Mürşüd-oba kəndindəki evdə olduğu zaman X3 onlara gəlmiş və ondan ona olduğu borcun qaytarılmasını tələb etdikdə, onlar arasında mübahisə yaranmış və mübahisə zamanı o, ona sifət nahiyəsindən sillə ilə vurmuş və X3 yerə yıxıldıqda onun qarın nahiyyəsindən bir dəfə təpik ilə vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadə verərək göstərmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs tanıyır. 03 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Şəxs ona borclu olduğu pulu götürmək üçün onun yaşadığı Xaçmaz rayonunun Mürşüd-oba kəndindəki evinə getmişdir. O, evə daxil olarkən Şəxs onu görərək gəlməsinin səbəbini soruşmuş, o, isə ona borclu olduğu pul dalınca gəldiyini bildirdikdə, Şəxs onunla mübahisə edərək ona əvvəlcə sifət nahiyəsindən sillə ilə, o, yerə yıxıldıqda isə təpiklə onun qarın nahiyəsindən vurmuşdur. Bundan sonra o, 03 oktyabr 2021-ci il tarixdə 102 xidmətinə xəng edərək bu barədə məlumat vermişdir. Məhkəmədən xahiş etmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanuni tədbir görülsün. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, Şəxs 03 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Mürşüd-oba kəndində X2 döyərək qəsdən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Şəxsnın Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətməsinin tam sübuta yetirildiyini hesab edir. Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar