Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1171/2024 16.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC (VÖEN № **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-сı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 03 iyun 2024-cü il tarixdə, saat 17:00 radələrində Azərbaycan Respublikası istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı X2 idarə etdiyi “Volvo FH 500” markalı, 77JN246/99YG654 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindəki Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-dən Rusiya Federasiyası, Moskva şəhəri, VN. TER. Q.MUNİCİPALNİY OKRUQ XAMOVNİKİ, LEV TOLSTOY küç., ev 5 STR 1, mərtəbə 6, Pom/otaq 1/23 ünavnında qeydiyyatda olan "xxxx" ASC-yə ixrac olunan “təzə kartof” yükünə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin yük yerinə gömrük terminatı vasitəsi olan plompun vurulmadığı aşkar olunmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin, böyük təhqiqatçısı X5 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC (barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə № 01400-04520/24 saylı, 13 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs Şəxs MMC həmin inzibati xətanı törətməsi, 13 iyun 2024-cü il tarixli, № 01400-04520/24 saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN № **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-сı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1171/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1171/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver