Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1173/2023 27.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olan, Azərbsaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qıraqlı kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-936/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən dəymiş ziyana görə 3424 manat, 5 manat dəbbə pulu, hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat olmaqla, ümumilikdə, cəmi 3529 manat pulu alınaraq X1 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda onun 3529 manat borcu vardır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-936/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 3529 manat pul X1 verilməsi təmin olunmuşdur. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə məlumat verilsə də o, icra şöbəsinə gəlməmişdir. O, doğulduğu ünvanda yaşamadığından barəsində axtarış qərarı qəbul olunaraq Xaçmaz RPŞ-yə göndərilmişdir. Xaçmaz RPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə borclu Şəxs Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Hazırda onun 3529 manat borcu vardır. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-936/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən dəymiş ziyana görə 3424 manat, 5 manat dəbbə pulu, hüquqi yardıma görə ödənilmiş yüz manat olmaqla, ümumilikdə, cəmi 3529 manat pulu alınaraq X1 verilməsi barədə qətnamə çıxarılmışdır. O, taksi fəaliyyətilə məşqul olmaq üçün taksi şirkətindən maşın götürdüyünü bildirmiş və həmin maşını götürdükdən 10 gün sonra qəza törədmişdir. O, könüllü olaraq getdiyi vətən müharibəsində iştirak etdiyi müddətdə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində olan həmin işin icraatı dayandırılmamışdır. O, iştirak etdiyi hərbi əməliyyatlardan dərhal sonra işləmək üçün orduda qalmışdır. Hərbidə işlədiyi müddətdə ona məhkəməyə çağrılmağı barədə bildiriş getsə də, hərbi hissə rəisi ona işlədiyi hərbi hissəyə məhkəmə tərəfindən çağırış bildirişinin getməsindən sonra məhkəməyə getməsi barəsində icazə verəcəyini bildirmişdir. O, bu barədə məhkəməyə məlumat verməli olduğunu bilməmişdir. Hazırda o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşquldur. O, borcunun olduğunu qəbul edir və oktyabr ayının 10-dan 300 manat ödəyəcəyini, hər ayın sonu isə 150 manat ödəyəcəyini bildirmişdir. Onun müharibə veteranı olmasını nəzərə alaraq müddət verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qəraraaldı: xx.xx.1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1173/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1173/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver