Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1173/2025 13.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Xaçmaz rayon Polis Şöbəsinin polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1999-cu il təvəllüdlü, Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 12 avqust 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Xaçmaz rayon Məhkəməsinə daxil olmuş şikayət əsasında 12 avqust 2025-ci il tarixdə izahat verməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunmuş Xaçmaz rayon sakini Şəxs Polis Şöbəsinin inzibati binasında izahat verməkdən imtina edərək, uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və şöbənin iş rejimini pozaraq, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Xaçmaz rayon Polis Şöbəsinin polis mayoru X2 izahatında göstərmişdir ki, protokolu növbədə olan sahə rəisi, polis mayoru Ədalət Əskərov tərtib etmişdir. Hazırda o, növbədən çıxmışdır. Ona görə protokolu o, müdafiə edir. Hadisə zamanı təhqiqatçı şahid olmuşdur. O, şahid qismində məhkəmədə çıxış edəcəkdir. Hadisə barədə bildirmək istəyir ki, vətəndaş Şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsinə şikayət daxil olmuşdur. Şikayət edən şəxs Şəxs qeyri-rəsmi münasibətdə olduğu qadındır. O, qadını sosial şəbəkədə söymüş və onu ölümlə hədələmişdir. Həmin şikayətə əsasən Şəxs izahatı alınması üçün o, Polis şöbəsinə dəvət olunmuşdur. Şəxs Polis Şöbəsində izahatı alınan zaman uca səslə nalayiq ifadələr işlətmiş, Şöbənin iş rejimini kobud şəkildə pozmuşdur. Bundan sonra o, nizam intizama dəvət olunaraq barəsində qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi üçün növbətçi hissəyə təhvil verilmişdir. Bununla da Şəxs Qələndər oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, qeyri-rəsmi münasibətdə olduğu qadınla sosial şəbəkədə danışan zaman mübahisəsi olmuşdur. Bundan sonra ona “səni öldürərəm əgər başqa biri ilə münasibətdə olsan” demişdir. Lakin, o, bunu ciddiyətlə deməmişdir. Düz hərəkət etmədiyini də başa düşür. Lakin, onunla bir neçə dəfə belə mübahisələri olmuş, yenidən yoluna qoymuşdur. O, ağlına gətirməzdi ki, onu polisə şikayət edər. X6 dəvət edən zaman şikayət etdiyini bilmişdir. Hadisənin üstündən 1 həftə keçmişdir. Əməlindən peşmandır. Belə bir halın birdə olmayacağına söz verir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin İTB-nin təhqiqatçısı X4 ifadəsində göstərmişdir ki, Şəxs münasibətdə olduğu qadın Polis Şöbəsinə ağlayaraq gəmişdir. Onu Orxanın ölümlə hədələdiyini o, isə bundan çox qorxduğunu bildirmişdir. Bu barədə Orxan qadına səs yazısı göndərmişdir. Həmin səs yazısı olan diski iş materiallarına əlavə edilmişdir. Hadisə barədə Şəxs izahatı alınması üçün X6 dəvət etmişdir. O, isə polis şöbəsinə gələrək uca səslə söyür, deyinirdi. Polis şöbəsinin iş rejimini kobud surətdə pozurdu. Ona görə ona bir neçə dəfə xəbərdarlıq etmiş, lakin, o, isə buna məhəl qoymurdu. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 12 avqust 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafı, şahidin ifadəsi eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırmasında Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə, saat 17:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 12 avqust 2025-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. Həbs etmənin əvvəli 12 avqust 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-1173/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1173/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver