Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1174/2023 18.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün Xidmətin Quba-Xaçmaz regional şöbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi Nümayəndə iştirakları ilə, 25 iyun 1990-cı ildə Xaçmaz rayonunun Qobu-qıraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayan X19 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi X2 inzibati xəta haqqında 31 iyul 2023cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X10 Sabir şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi X2 inzibati xəta haqqında 31 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X19 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, sahibkar kimi VÖEN və icarə müqaviləsi əsasında kafeni icarəyə götürüb işlədir, lakin işçisi yoxdur. Toya getməsi ilə əlaqədar olaraq X5ndan xahiş etmişdir ki, o, olmadığı müddətdə yəni 2-3 saatlıq kafeyə nəzarət etsin. X5 da kafeyə onun yerinə nəzarət etmək üçün gəldiyi zaman özü ilə kafeyə X4 adında xanımı gətirmişdir. Həmin o, xanımda orda olmuşdur. Rasim adında başqa bir müştəri hansı isə bir məsələ ilə bağlı polisə şikayət vermişdir. Xaçmaz rayon X11 Bölməsinin təhqiqatçısı, polis kapitanı X12 etdiyi şikayəti əsasında kafeyə gəldikdə X5nu və onunla bir yerdə gələn X4 adında xanımın orda heç bir əmək müqavilələri olmadan fəaliyyət göstərmələri faktını aşkar edərək bu barədə Əmək Müfəttişliyinə məlumat vermişdir. Həmin məlumat əsasında Əmək Müfəttişliyi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün Xidmətin Quba-Xaçmaz regional şöbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi Nümayəndə izahatında göstərmişdir ki, həmin qərardan şikayət vermə müddəti ötürülümüşdür, belə ki, 10 avqust 2023-cü il tarixdə qərar qanuni qüvvəsini almış, 27 sentyabr 2023-cü il tarixdə isə şəxs həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Onlar artıq qərar qanuni qüvvəsini aldıqdan sonra bir ay gözlədiklərini, lakin şəxsin könüllü olaraq cərimənin ödəməməsi səbəbindən müvafiq sənədlər məcburi icraya yönəldilməsi üçün icra və probasiya şöbəsinə göndərilmişdir. O, eyni zamanda Xaçmaz rayon Polis Şöbəsinə bir nəfər şəxs tərəfindən şikayət edildiyini, həmin qeyd olunan şikayət əsasında Emin adında şəxsin işlətdiyi kafedə iki nəfər şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi faktı aşkarlanmış və həmin fakt əsasında hər iki şəxsin izahatı alınmış, həmin şəxslər öz izahatlarında da həmin kafedə heç bir əmək müqaviləsi bağlamadan biri kababçı kimi digərinin isə xadimə kimi hansı vaxtlarda işlədiklərini bildirmişlər. Barəsində inzibati protokol tərtib etmiş şəxs izahat verərkən həmin şəxslərin mütəmadi olaraq hansı işə cəlb etdiyini, hansı işi onlara həvalə edilməsini öz izahatında qeyd etmişdir. Bu faktla şəxsin əməlində inzibati xətanın tərkibi olması tam sübuta yetirilmiş və buna görə də şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qeyd olunan protokolun əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan poçt göndərişlərinin izlənməsi haqqında məlumatdan görünür ki, X10 Sabir tərəfindən mübahisələndirilən inzibati xəta haqqında qərar 20 iyul 2023-cü ildə almışdır. Qərarın rəsmi qaydada alındığı gündən 10 gün müddətində şikayət verilmədiyindən, qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, X7 barəsində qəbul edilmiş qərar barədə bir neçə ay əvvəl məlumatlandırılsa da, həmin qərarı yalnız 26 sentyabr 2023-cü il tarixdə mübahisələndirərək məhkəməyə şikayətlə müraciət etmişdir. Məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi X2 inzibati xəta haqqında 31 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayət vermə müddəti ötürüldüyündən şikayət ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi X2 inzibati xəta haqqında 31 iyul 2023cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin olunmasın. Qərardan 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1174/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1174/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver