Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1177/2021 07.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Əbilyatağ kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 12 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Əbilyatağı kəndində X2 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf edərək bildirmişdir ki, onun barəsində şikayət etmiş X3 onun həmkəndlisidir. 2021-ci ilin iyun ayında həmkənlisi Amil İbadova 40 manata mobil telefon satmışdır. Amil 40 manat puldan ona 25 manatını vermiş, 15 manat isə borclu qalmışdır. Qalmış borcu isə sonra verəcəyini bildirmişdir. 12 sentyabr 2021-ci il tarixdə yaşadığı evin qarşısında dayandığı zaman Amilin velosipedlə gəldiyini görərək onu saxlatmış və ondan qalan 15 manatını istədikdə Amil ona qarşı nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranmış və o, Amilin qolundan tutaraq yerə yıxmış, sağ çiynindən və sol ayağından yumruqla vuraraq onu döymüşdür. Hal-hazırda o, zərərçəkmişə qarşı törətdiyi əmələ görə ondan üzr istəmişdir və onlar barışmışlar. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadə verərək göstərmişdir ki, barəsində şikayət etmiş Şəxs həmkəndlisidir. 12 sentyabr 2021-ci il tarxdə yaşadığı Xaçmaz rayonunun Əbilyatağı kəndinin icərisi ilə velosipedlə getdiyi zaman həmkəndlisi Şəxs onu görərək saxlatmış və ondan ona borclu olduğu pulun qaytarılmasını tələb etmişdir. O, Telmana ona borcu olmadığını bildirdikdə onlar arasında sözlü mübhaisə baş vermişdir. Mübahisə zamanı Telman onu velosipeddən yerə yıxaraq sağ çiynindən və sol ayağından yumruqla vuraraq ona xəsarət yetirmişdir. Hal-hazırda inzibati xəta törətmiş şəxs ona qarşı törətdiyi əmələ görə ondan üzr istəmiş və onlar barışmışlar. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 157-cimaddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 43- 48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-1177/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1177/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver