Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1178/2022 22.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadiğar qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Məktəbli küçəsi 18 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə X3 məxsus evdən 30-40 manat dəyərində qaz balonunu, xx.xx.2022-ci il tarixdə Müzəffər-oba kəndi ərazisində yerləşən torpaq sahəsində 14 ədəd 2,5 metr, 2 ədədi 7 metr olan dəmir boruları, xx.xx.2022-ci il tarixdə X4 yaşadığı evin həyətindən 300 manat dəyərində dəmir boruları, xx.xx.2022-ci il tarixdə X1 məxsus Xaçmaz şəhəri Qələbə küçəsi yataqxana 1, 48 saylı mənzilindən su qızdırıcını, xx.xx.2022-ci il tarixdə Şabran rayon sakini X2 məxsus Kamaz markalı maşınından 100 manat pulu, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, C.Əzizov küçəsi 6 saylı evdən 90 manat dəyərində süzgəcli su kranını, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri X8 məxsus 100 manat dəyərində velosipedi talamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edən şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs o, xx.xx.2022-ci il tarixdə X3 məxsus evdən 30-40 manat dəyərində qaz balonunu, xx.xx.2022-ci il tarixdə Müzəffəroba kəndi ərazisində yerləşən torpaq sahəsində 14 ədəd 2,5 metr, 2 ədədi 7 metr olan dəmir boruları, xx.xx.2022-ci il tarixdə X4 yaşadığı evin həyətindən 300 manat dəyərində dəmir boruları, xx.xx.2022-ci il tarixdə X1 məxsus Xaçmaz şəhəri Qələbə küçəsi yataqxana 1, 48 saylı mənzilindən su qızdırıcını, xx.xx.2022-ci il tarixdə Şabran rayon sakini X2 məxsus Kamaz markalı maşınından 100 manat pulu, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, C.Əzizov küçəsi 6 saylı evdən 90 manat dəyərində süzgəcli su kranını, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri X8 məxsus 100 manat dəyərində velosipedi talamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edən şəxs əlavə olaraq izahatında bildirmişdir ki, zərərçəkmişlərə vurulmuş ziyan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ödənilməsinə baxmayaraq zərərçəkmişlər Şəxs şikayətçi olaraq onun barəsində inzibati tənbeh tədbiq edilməsini xahiş etmişlər. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, törətdiyi əməldən səmimi olduğunu bildirmişdir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 izahatını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan müəyyən olunur ki, cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər yüz altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü ictimai işlər tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İş üzrə materialları araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx.xx.1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxsüzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1178/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1178/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver