Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1179/2021 08.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Mürşüd-oba kəndində yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 206-cı maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : 24 noyabr 2021-ci il tarixdə Şəxs avtomobilindən öz istifadəsi üçün 01 ədəd kağız bükümdə olan 3,468 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, təxminən 1 il olar ki narkotik maddə olan marixuananı arada bir qəbul edir. Həmin narkotik maddəni tanımadığı şəxslərdən pulsuz əldə edir. Təxminən 3 gün bundan qabaq yaşadığı kənddə küçə ilə getdiyi zaman yerdə kağız bükümü nəzərini cəlb etmiş və o, həmin bükümü götürüb açdıqda içərisində tünd yaşımtıl rəngli marixuanaya oxşar maddənin olduğunu görüb onu siqaret qutusuna qoyaraq etibarnamə ilə idarə etdiyi avtomobildə saxlamışdır ki, özü istifadə etsin. 23 noyabr 2021-ci il tarixdə saat 22 radələrində tanışları Xaçmaz rayonunun Qımıl qışlaq kənd sakinləri Şahin, Nahid və Elvin ilə iş axtarmaq məqsədi ilə Xaçmaz rayonunun Nabran və Yalama kəndlərinə gedmişlər, lakin orada iş tapmadıqları üçün geri qayıdarkən, yolda onun mobil telefonuna zəng gəlmiş və o, idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Saxladıqdan təxminən 5 dəqiqə sonra onun avtomobilinə polis əməkdaşları yaxınlaşaraq neyə görə yolun kənarında saxladıqlarını soruşmuşlar və onları Xudat PB-nə gətirmişdilər. Polis bölməsində ondan narkotik vasitə qəbul edib etməməsini soruşduqda o, polis əməkdaşlarına arada bir qəbul etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun idarə etdiyi avtomaşına baxış keçirmişlər və onun qabaq sol oturacağının yanında saxladığı 01 ədəd ağ kağıza bükülmüş marixuana aşkar olunaraq götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı və 02 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla sübuta yetir. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs həmin hərəkətinə görə əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğu müəyyən edilmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-də saxlanılan, 01 ədəd ağ rəngli kağız bükümdə olan təmiz çəkisi 3,468 qram yaşımtıl rəngli narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-1179/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1179/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver