Məhkəmə qərarları › İş №3(067)-1179/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1179/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1179/2022 25.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon Polis şöbəsinin nümayəndəsi X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonunun Mürşüd-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Mürşüdoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 22 iyun 2022-ci il tarixdə X2 döymüşdür. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Mürşüdoba kəndində X2 döyməmişdir. Məhməmə iclasında zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonunun Mürşüdoba kəndində onu döymüşdür. Hazırda da Şəxs şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, X1 müraciəti əsasında Şəxs barəsində toplanmış materiallar Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1974-cü il təvəllüdlü X1 bədəni üzərində aşkar olunan xəsarətlər – döş qəfəsinin ön səthində sağda sıyrıq, döş qəfəsinin ön səthində solda, sol budun yuxarı 1/3-nin bayır səthində hərəsində bir yerdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 22 iyun 2022-ci il tarixə uyğun gəlir və bu xəsarətlər sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin edilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbehin təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: xx.xx.1995-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar