Məhkəmə qərarları › İş №3(067)-118/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-118/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-118/2024 29.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin, probasiya üzrə icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xaçmaz rayonunun Qımılqışlaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 29 yanvar 2024-cü il tarixdə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 3(067)- 1144/2024 saylı qərara əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 240 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Şəxs təyin edilmiş 240 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, ictimai işlər tənbehini çəkməkdən imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə izahatında bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 3(067)-1144/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 240 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Həmin material onların icraatına 28 noyabr 2023-cü il tarixdə daxil olmuş, 08 yanvar 2024-cü il tarixdə inzibati xəta əməlini törətmiş şəxs Xaçmaz rayon icra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmış, ona ictimai işlər cəzasının mahiyyəti izah edilərək, göndəriş və bildirişlə Xaçmaz mənzil Kommunal Təsərrüfatı İdarəsinə göndərilmiş, hətta Xaçmaz mənzil Kommunal Təsərrüfatı İdarəsinə onunla bir yerdə getmişdir. Orda o inzibati xəta törətmiş şəxsə izah etmişdir ki, o, həmin müəssisədə qeydiyyata düşməklə müəyyən küçələrdə, müəyyən yerlərdə 240 saat faydalı əməklə məşğul olacaqdır. Hər həftənin hər günü bazar günündən, qeyri iş günləri və digər bayram günlərindən başqa asudə vaxtlarında bu fəaliyyət ilə məşğul olacaqdır. 19 yanvar 2024-cü il tarixdə də elektron nəzarət qurğusu tətbiq edilmişdir. Onda da izah etmişdir ki, həmin elektron nəzarət qurğusu ona tətbiq edilərkən bilməlidir ki, nəzarət subyekti üzrə nəzarətdədir. Həmin küçədəki ünvan hansı ki, ona göstəriləcək, bildiriləcək həmin küçəsi o, 4 saat ərzində müəyyən vaxtlarda 09:00-dan saat 13:00-a qədər işləyərək bu fəaliyyət ilə məşğul olacaqdır. Daha sonra 19 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanlamışdır. Çünki onlar göndərişi aldıqdan sonra onlara şəxs barəsində məktub ünvanlamalıdır ki, hansı küçə, hansı ünvanda işləyəcəkdir. Onun iş saatı 09:00-dan saat 13:00-a qədər müəyyən edilmiş, Rauf Babayev küçəsi təyin edilmiş, lakin işə gələ bilmədiyindən onlar həmin məktubu onlara ünvanlaya bilməmişdirlər. Belə birinci məktub, ondan həmin tarixlərdə də 18 yanvar 2024-cü il tarixdə isə onlar özləri verilmiş yeri yoxlamışlar, akt bağlamışlar, protokol tərtib eləmişlər, saat 13:00-a ilkin olaraq ilk dəfə və iştirak etmədiyinə görə Şəxs 19 yanvar 2024-cü il tarixdə tərəfindən Xaçaz rayon icra və probasiya şöbəsinə dəvət edilərək izahatı alınaraq, xəbərdarlıq edilmişdir ki, əyər o, ictimai işlər növündə cəzanın şərtlərini pozarsa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə barəsində seçilmiş cəzasının inzibati həbs növündə cəza ilə əvəzlənməsi ilə bağlı protokol tərtib ediləcəkdir. Bütün bu qeyd olunanlara baxmayaraq 25 yanvar 2024-cü il tarixdə tərəflərindən qanunvericiliyin tələblərinə uyğun olaraq iş yeri yoxlanıldıqda barəsində ictimai cəza növündə cəza təyin edilmiş şəxsin işləməməsi müəyyən edilmişdir. Bunda sonra 26 yanvar 2024-cü il tarixdə o və həmin müəssisənin məsul şəxsləri ilə birgə bir daha əraziyə yoxlanış keçirmiş, lakin yenə də şəxsin işdə olmaması müəyyən edilmişdir. Daha sonra 29 yanvar 2024-cü il tarixdə ünvan 2 ünvanlamışdır ki, şəxsin iş saatı 09:00-dan saat 13:00-a qədər müəyyən edilmiş, lakin göndərişin təmin edilməsi tarixindən sonra müəssisələrinə təkrar gəlməməsi səbəbindən sözü gedən göndərişə görə şəxsin iş yeri barədə məlumat məktubunu icra və probasiya şöbəsinə təqdim edə bilməmişlər. Yuxarıda göstərilən səbəblərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, işdən boyun qaçırmamışdır, işləməyə razıdır, lakin o, telefon vasitəsi ilə zəng etdikdə ona bildirilmişdir ki, səhər gələrsiz, səhəri zəng etdiyində xəstə olduğunu, növbəti iş gün gəlmədiyini bildirərək, belə etməknən vaxtını uzatmaqla məsələ hazırki vəziyyətə gəlib çıxmışdır. O, bundan əlavə olaraq imkanı olsaydı cəriməni ödəməsini, ailədə ondan başqa heç kəsin işləmədiyini, evə yeganə baxanın özünün olduğun, anasının yataq xəstəsi olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 3(067)-1144/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 240 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli, 18 saylı göndərişdən görünür ki, Şəxs barəsində təyin olunmuş 240 saat ictimai işlər cəzasının icrası ilə bağlı Xaçmaz Mənzil Kommunal təsərrüfatı idarəsinə müraciət etməsi üçün göndərilmişdir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs barəsində seçilmiş ictimai işlər cəzasının qaydalarını pozduğuna görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatında görünür ki, Şəxs ictimai işlər nüvündə inzibati tənbehi çəkməyi üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinə getməsi ilə bağlı göndərişini alması ilə bağlı izahat vermişdir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli izahatdan görünür ki, Şəxs ictimai işlər nüvündə inzibati tənbehi çəkməsi ilə bağlı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinə getməməsi səbəbindən izahatı alınmışdır. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, ictimai işlər növündə inzibati tənbeh təyin edilmiş Şəxs ictimai işlər yerinə yetirəcəyi yerlərdə gəzdirməsi üçün qeydiyyatdan keçirilərək **********04505 nömrəli nəzarət qurğusu texniki səbəblərdən tətbiq edilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Xaçmaz rayon məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 3(067)-1144/2024 saylı qərarı ilə Şəxs ona təyin edilmiş ictimai işlər cəzasının icrasından qərəzli olaraq yayınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 19 yanvar 2024-cü il tarixli, 05 nömrəli məktubundan görünür ki, Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 08 yanvar 2024-cü il tarixli, 18 saylı göndərişinə əsasən Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində qeydiyyata götürmüş və iş yeri Rauf Babayev küçəsi təyin edilmişdir. Onun iş saat 09:00-dan 13:00-a müəyyən edilmişdir. Lakin göndərişin təqdim edilməsi tarixindən sonra müəssisəyə gəlmədiyi üçün sözü gedən icra şöbəsinin göndərişlərinə görə onun iş yeri barədə məlumat məktubu onlara təqdim edilə bilinməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Xaçmaz rayon məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 3(067)-1144/2024 saylı qərarı ilə Şəxs ona təyin edilmiş ictimai işlər cəzasının icrasını yerinə yetirilməsi məqsədi ilə ona təyin edilmiş əraziyə getməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər növündə tənbehin çəkilməsindən boyun qaçırmış, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, probasiya şöbəsində getməkdən imtina etmiş, daha sonra məcburi gətirilmə barədə qərar əsasında probasiya şöbəsində məcburi qaydada gətirilmiş və həmin şöbədə, eləcə də məhkəmə iclasında verdiyi izahatında ictimai işlər tənbehini çəkməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər tənbehinin çəkilməsindən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 29 yanvar 2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar