Məhkəmə qərarları › İş №3(067)-1182/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1182/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1182/2024 26.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2, zərərçəkmiş X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 iştirakları ilə xx xxxx 1988-ci ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Qıraqlı kəndində qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayonu, Qıraqlı kənd sakini xx xxxx 1988-ci il təvəllüdlü X6 25 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında kirayədə yaşadığı evin sahibi X3 ünvanına nəlayiq ifadələr işlətməklə ətrafda yaşayan sakinlərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmiş, bundan əlavə Şəxs 13 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN “102” xidmətinə mütəmadi olaraq zəng edərək xidmət əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətməklə xidmətin iş rejiminin pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs növbətçi hissəyə zəng edərək evində kirayədə qalan Şəxs onu evinin qarşısında nalayiq ifadələr işlədər təhqir etdiyini və həmin ərazidə yaşayan qonşuları bu hərəkətləri ilə narahat etdiyini bildirmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 102 xidmətinə mütəmadi olaraq zənglər edir, ona cavab verən əməkdaşları nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş, iş rejimini pozmuşdur. Polis əməkdaşları xx.xx.2024-cü il tarixində hadisə yerinə getdikləri zaman Şəxs sərxoş olmuşdur. Onu nizam intizama dəvət etsələr də, o, buna məhəl qoymamış, onların ünvanına da nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Bu səbəbdən X5 barəsində müvafiq sənədləşmə aparılmışdır. Şəxs bir ay bundan əvvəl də Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xaçmaz rayon Məhkəməsinin qərarına əsasən 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmədə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 özünü təqsirli bilərək izahatında göstərmişdir ki, zərərçəkmişin evində 2024-cü ilin mart ayından kirayədə qalır. O, hər dəfə gələrək evdən çıxmağını deyir. Onun rəsmi iş yeri yoxdur, dəmir satmaqla məşğul olur. İşi ilə əlaqədar bir neçə problemi olduğuna görə kirarayə pulunu ödəyə bilməmişdir. Oktyabr ayının 1-də evdən çıxacağını ev sahibinə bildirmişdir. Həmin gün içkili vəziyyətdə olduğundan və işi ilə bağlı əsəbi olduğundan söyüş söymüşdür. Barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X8 qeyd etmişdir ki, Xaçmaz şəhəri, Qələbə küçəsində atasına məxsus evin həyətində xırda buynuzlu heyvan saxlayır və evlərin alqı-satqısı ilə məşğul olan bir neçə nəfərə həmin evi kirayə verməyi barədə bildirmişdir. 2024-cü ilin mart ayında ev alqı-satqısı ilə məşğul olan makler kirayə ev axtaran bir kişi, bir qadın olmaqla iki nəfəri ona təqdim etmişdir. Onlar özlərini ailəli kimi təqdim etdiklərindən evi onlara kirayə vermişdir. Bir neçə dəfə həmin evə qoyunlara baxmaq üçün gedib-gələrkən Vəfanı içkili vəziyyətdə görmüşdür. Qonşular da ondan şikayət edərək, onun içki içərək söyüşlər söydüyünü bildirmişlər. Özünə bu barədə irad bildirsə də, onu söyərək təhqir etmiş və şərləyəcəyini bildirmişdir. Bundan sonra ona evdən çıxmasını biıdirmiş, o, nalayiq söyüşlər söyərək qonşuların yanında təhqir etmişdir. O, 40 il müəllim işləmiş və bütün qonşular onun ailəsini çox yaxşı, tərbiyəli ailə kimi tanıyır. Evdən çıxarmağa qorxur, nə vaxt evdən çıxmasını bildirsə nalayiq söyüşlər söyərək onu təhqir edir. xx.xx.2024-cü il tarixdə qonşular şikayət etdiyindən onu evdən çıxarmaq üçün getmiş, lakin o, içkili vəziyyətdə qadına yaraşmayan küçə söyüşləri ilə onu söyərək təhqir etmişdir. O, da buna dözməyərək polisə zəng vuraraq məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş 25 sentyabr 2024-cü il tarixli, MN №2000229 nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 25 sentyabr 2024-cü il tarixli, 260 nömrəli Akt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmişin ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 25 sentyabr 2024-cü il tarixli, 260 nömrəli Aktdan görünür ki, tibbi müayinə zamanı X4 orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İnzibati xəta törətmiş şəxs X5 hər hansı hüquqa zidd hərəkətə yol verməməsi barədə izahatında irəli sürdüyü dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar: 33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; Məhkəmədə X4 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3(067)-918/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, məhkəmə X5 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X6 25 sentyabr 2024-cü il tarixdə saat 20:20 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, X4 həbsinin əvvəli 25 sentyabr 2024-cü il tarixdən, saat 20:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 05 (beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 25 sentyabr 2024-cü il tarixdən, saat 20:20-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar