Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1184/2021 10.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbayjan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz şəhəri, S.Vurğun küçəsi, ev 34-də yaşayan Şəxs haqqında Azərbayjan Respublikası İXM-nin 334.2-ji maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs 09 may 2020-ci il tarixdə Azərbayjan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bundan sonra, İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. O, 10 dekabr 2021-ci il tarixdə saat 10:45 radələrində «X2» Azərbayjan Respublikasının Qanununun tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomaşını sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək, «Qaz 33021» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını narkotik sərxoşluğu vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmədə izahat verən Şəxs ifadə verərək göstərmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitə qəbul edərək 10 dekabr 2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmişdir. Saat 10:45 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə atasına məxsus «Qaz 33021» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edərkən yol nişanının tələblərini pozduquna görə yol polisi tərəfindən saxlanılmış və yoxlama zamanı onun avtomaşını sürücülüq hüququ və etibarnamə olmadan idarə etməsi məlum olmuşdur. İş materiallarında olan alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən 10 dekabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs inzibati xətanı yüngül dərəcədə sərxoş vəziyyətdə törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ji maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən 10 dekabr 2021-ci il tarixli protokol və tərtib olunmuş inzibati xəta haqqında 10 dekabr 2021-ci il tarixli, İXP ******* saylı protokolu ilə tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs jəzasını yüngülləşdirin və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eyni zamanda törədilmiş inzibati xətanın xarakterini əsas götürərək, onun barəsində inzibati hgbs inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR V E R D İ: Şəxs Azərbayjan Respublikası İXM-nin 334.3-ji maddəsi ilə təqsirli bilinib ona 15 (on beş) gün müddətinə imzibati həbs dilsin. Həbsin əvvəli 10 dekabr 2021-ji il saat 17:35-dən hesablansın. Qərarın surəti ijra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-1184/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1184/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver