Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1185/2025 02.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X6 məhkəməiclas katibliyi, X11 Xidmətinin X3 nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X2 daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X2Xaçmaz Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, X1 əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxs MMC-dən xx.xx.2025-ci il tarixli 3-17-5/2-62822/2025 nömrəli məktubla aidiyyəti sənədlərin təqdim edilməsi və müraciətə münasibət bildirilməsi tələb olunan sənədlər təqdim edilməmiş və müraciətə münasibət bildirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X11 Xidmətinin X3 nümayəndəsi izahat verərək bildirmişdir ki, vətəndaş X5 müraciətlər edərək Şəxs MMC tərəfindən əmək hüquqlarının pozulmasını bildirmişdir. Müraciətlə bağlı Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən NAXO GROUP” MMC-yə məktub və sənədlər ünvanlanmış, müraciətə münasibət bildirməsi və aiddiyyətı üzrə sənədlərin təqdim olunması tələb olunmuşdur. Lakin məktub müvafiq MMC-yə çatdırılsa da, hazırda X4 heç bir sənəd təqdim edilməmişdir. Bununla bağlı Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsinə əsasən protokol tərtib edilmiş və aidiyyətı üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Həmçinin Cəmiyyətin vəzifəli şəxsi tərəflərindən cərimə olunmuşdur. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. İş materiallarında olanvə məhkəmə baxışında tədqiq edilmiş: - X1 əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxs MMC-dən xx.xx.2025-ci il tarixli 3-17-5/2-62822/2025 nömrəli məktubla aidiyyəti sənədlərin təqdim edilməsi və müraciətə münasibət bildirilməsi tələb olunan sənədlər təqdim edilməmiş və müraciətə münasibət bildirilmədiyindənAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X7 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “Müraciət vərəqəsi”ndən müəyyən edilir ki, vətəndaş X5 xx.xx.20224-cü il tarixindən Şəxs MMC-də “su operatoru” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. Lakin şəxsin adına əmək müqaviləsi rəsmiləşdirilməmişdir. Vətəndaş əmək münasibətləri yaradılmadan işə cəlb olunması halından və son haqq-hesab ödənişinin ödənilməməsindən narazıdır, araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli DƏMX X7 tərəfindən Şəxs MMC-yə və onun direktoruna ünvalanmış məktubun surətindən müəyyən edilir ki,inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 10:00-da DƏMX-nin X4 dəvət olunmuş, həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı təqdim edilməsi tələb olunmuşdur. - xx.xx.2024-cü il tarixli 01.03/24 nömrəli “Əmr”dən müəyyən edilir ki, Şəxs MMC – Rəhbərlik yanında aparat bölməsində direktor vəzifəsində işləyən X8 bağlanılmış 1ZJV28R000600 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.” a – tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs barəsində cəzasını yüngülləşdirənvə ağırlaşdıran hallar müəyyən edilməmişdir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin539.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli və aşağı həddə cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinsin və 2000 (ikimin) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1185/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1185/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver