Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1188/2021 14.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1964-jü ildə Xaçmaz şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun, Yergüc kəndində yaşayan Şəxs Qazanməd oğlu barəsində Azərb. Res-sı İXM-nin 208-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Qazanməd oğlu barədə qanunsuz olaraq narkotik vasitələrinin əkilib becərilməsi ilə bağlı daxil olmuş məlumat əsasında 15 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayon X3 Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncuya məxsus Xaçmaz rayonunun Yergüc kəndindəki evinin həyətyanı sahəsinə baxış keçirilərkən həmin evin həyətyanı torpaq sahəsindən 01 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat vermiş Şəxs Qazanməd oğlu törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, təxminən 9-10 il olarkı narkotik maddə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Bədəninində müxtəlif ağrılar olduğundan, həmin ağrılara tab gətirə bilməsi üçün çox vaxt narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Çünki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdikdə onun bədənində olan ağrılar azalmışdır. Təxminən 4-5 ay əvvəl o, Xaçmaz şəhəri, Bakı prospekti ilə piyada hərəkətdə olan zaman, yerdə bir siqaret qutusu görmüşdür. Siqaret qutusunu açdıqda onun içərisində ğükülənmiş bir kağız görmüş, həmin kağızı açdıqda onun içərisində narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmışdır. O, həmin toxumları iki ay əvvəl yəni iyun ayınının ortalarında yaşadığı evin həyətyanı torpaq sahəsində əkmiş və onlara qulluq etmişdir. Onun əkdiyi toxumlardan biri ədədi çüçərmiş, qalanları isə tələf olmuşdur. Yetişmiş bitkiyə o, mütamadi olaraq su vermiş, dibini yumşaltmışdır. Onun yaşadığı həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkisinin əkməsindən heç kimin məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Qazanməd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 208cimaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı və 14 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla sübuta yetir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs Qazanməd oğlunun həmin hərəkətinə görə əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nin 208cimaddəsinin tərkibi olduğu müəyyən edilmişdir. Məhkəmə Şəxs Qazanməd oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəjəsini nəzərə almaqla, onun barəsində inzibati jərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Balacayev X1 Respublikası İXM-nin 208-ji maddəsi ilə təqsirli bilinərək, ona 300 manat məbləğində jərimə edilsin. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, ekspertiza tədiqiqatından sonra qalıq çəkisi 1854,95 qram təşkil edən çətənə (kannabis) bitkisi məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-1188/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1188/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver