Məhkəmə qərarları › İş №3(067)-119/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-119/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-119/2024 06.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 və vəkil Quba rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 25 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə, Şəxs MMC-ni barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati materiallar toplanaraq, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba- Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Regional Şöbəyə daxil olmuş vətəndaş müraciəti üzrə araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixdə onlara məlum olmuşdur ki, Şəxs MMC-də sürücü kimi işə götürülmüş Vüqar Ağacanov ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilə xx.xx.2023-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə qanun pozuntusunu aşkar etmişlər. Belə ki, Şəxs MMC-də sürücü işləmiş X3 ilə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən o, avtobus sürücüsü işinə qəbul edilmiş, onunla əmək müqaviləsi müddətsiz bağlanmış və müqavilədə işçinin xx.xx.2023-cü il tarixdən işə başlaması qeyd olunmuşdur. Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli 323.2 saylı əmri ilə X3 Şəxs MMC-də avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. X1 Şəxs MMC-də avtobus sürücüsü kimi qəbul edilməsinə dair tərtib olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə X6 tərəfindən elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə imzalanmaqla, həmin tarixdə elektron informasiya sisteminə yerləşdirilmiş, bildirişdə işçinin işə başlama tarixi xx.xx.2023-cü il, əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2023-cü il, əmək müqaviləsinin növü müddətsiz, işçinin aylıq əmək haqqının məbləği 345 manat qeyd edilmişdir. Beləliklə UĞURLU YOL” MMC tərəfindən X1 1 iş günü, yəni xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb etdiyi müəyyən olunmuşdur. Qeyd olunanlarla əlaqədar hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən 25 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əmək haqqı cədvəli tərtib olunub və həmin işçi 13 iş günü müəyyən olunmuş vaxt işləyib. İşçinin şikayətinə əsasən araşdırma aparılmış və inzibati xətaya yol verildiyi müəyyən edilmişdir. Bundan sonra vəzifəli şəxs barəsində 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əmək müqaviləsi iş sisteminə yerləşdirilməmişdir. İşçinin iş vaxtının uçotu aparılmamışdır. Əmək qanunveriliciyinə əsasən heç bir xəbərdarlıq nəzərdə tutulmamışdır. Şəxs MMC bir neçə dəfə cərimə olunmuşdur. Əmək məcəlləsinin 49-cu maddəsinə əsasən Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. xx.xx.2023-cü il tarixdə işçinin işə cəlb edildiyi üçün İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil bildirmişdir ki, hazırda MMC olaraq kadr çatışmazlığından əziyyət çəkirlər. Məlumatları olmamış, qanunu bilmədiklərindən belə bir hal yaşanmışdır. Avtobus sürücüsü kimi müqavilə bağlanmış, iş saatları müəyyən edilmiş, sadəcə elektron sistemə bir gün sonra yerləşdirilmişdir. Bununla bağlı MMC-nin direktoru fiziki şəxs kimi inzibati qaydada cərimə edilmiş, lakin hüquqi şəxs kimi inzibati xəta haqqında protokol yazılmasından məlumatsız olmuşlar. Şəxs MMC-nin direktoru fiziki şəxs kimi cərimə olunmuşdur. İşçi qərəzli və əsassız şikayətlərlə Əmək müfəttişliyinə şikayət etmişdir. X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi işçinin şikayəti əsasında vəzifəli və hüquqi şəxs barəsində inzibati protokol tərtib etmişdir. 6 saat iş saatına görə müəssisəni yüksək məbləğdə cərimə etmişlər. Halbu ki bu texniki səhv olmuşdur. Texniki səhvə görə bu qədər məbləğdə cərimə olunmamalıdır. xx.xx.2023-cü il tarixdə işçi ilə müqavilə bağlanmış, xx.xx.2023-cü il tarixdə müqavilə baş mühasib Nümayəndə2 tərəfindən elektron sistemə yerləşdirilmişdir. İşçi xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Sürücü xx.xx.2023-cü il tarixdə heç bir işə cəlb edilməmişdir. İşçinin iş vaxtları Excell proqramında cədvəl üzrə xx.xx.2023-cü il tarixdən qeydiyyat aparılmış və işçi Vüqar Ağacanov xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində işdə olmamışdır. Son hesablamaların elektron sistemə gec vurulmasına görə müəssisəni cərimə etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Quba Regional şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddət ərzində daxili nizam-intizam qaydalarına riayət etməyən işçi olmuşdur. X1 "xxxx" ASC-nə borcu olduğu üçün müəssisəyə İcra şöbəsindən xx.xx.2023cü il tarixli məktub daxil olmuş, məktub barədə ona məlumat verilmiş, lakin o, borcunu ödəmək istəmədiyini bildirərək, işi atıb getmişdir. Daha sonra işə gələrək öz hesabına məzuniyyət alıb yenidən işdən yayınmışdır. Bundan sonra oa təhvil verilən nəqliyyat vasitəsini çox məsuliyyətsiz şəkildə idarə etdiyinə görə ona DYP tərəfindən böyük məbləğdə cərimələr tətbiq olunmuşdur. X3 cərimələri ödəmədiyinə görə nəqliyyat vasitəsi DYP əməkdaşı tərəfindən cərimə meydançasına aparılmışdır. X3 cərimələri ödəyə bilmədiyinə görə, cərimələrin onun əmək haqqından tutularaq müəssisə tərəfindən ödənilməsi üçün müəssisə rəhbərliyinə müaciət etmişdir. X3 ilə əmək müqaviləsinə xitam verilərkən onun cəriməsi və İcra və Probasiya şöbəsinə borcunun olması ilə əlaqədar, müəssisənin ona əmək haqqı borcu olmadığı üçün əlavə son haqq-hesab köçürülməmişdir. Sonra işçi dispetçerə zəng vuraraq cərimələri özü ödəyəcəyini bildirmiş, cərimələr ödənildikdən və onlara məlumat verildikdən sonra xx.xx.2023-cü il tarixdə qalan əmək haqqı borcu işçinin hesabına ödənilmişdir. X1 X4 Quba-Xaçmaz Regional şöbəsində xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə yazdığı izahatlardan görünür ki, o, xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də avtobus sürücüsü işləmişdir. İşlədiyi müddətdə ona çatacaq əmək haqqı natamam hesablanmışdır və məzuniyyət hüququndan istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona çatacaq son haqq-hesabı xx.xx.2023-cü il tarixdə natamam hesablanaraq ona ödənilmişdir. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2007-ci il tarixdə 0407-X8-768 ilə rəhbəri X2r. Şəxs MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, X3 Şəxs MMC-nə avtobus sürücüsü işinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilədə işçinin xx.xx.2023-cü il tarixdən işə başlaması qeyd olunmuşdur. Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli 323.2 saylı əmrindən müəyyən olunur ki, X3 Şəxs MMC-də avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. X1 Şəxs MMC-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, müəssisənin rəhbərliyindən avtobus sürücüsü vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, X1 Şəxs MMC-də əmək müqaviləsi üzrə avtobus sürücüsü kimi işə qəbul edilməsinə dair tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə X6 tərəfindən elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə imzalanmaqla, həmin tarixdə elektron informasiya sisteminə yerləşdirilmiş bildirişdə işə başlama tarixi xx.xx.2023-cü il, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2023-cü il, əmək müqaviləsinin növü müddətsiz, işçinin aylıq əmək haqqının məbləği 345 manat qeyd edilmişdir. Şəxs MMC-nin 2023-cü ilin mart ayının tabelindən müəyyən olunur ki, həmin tabeldə 07 mart iş günü qeyd edilmiş, həmin ayın iş günlərinin sayı 13 gün qeyd edilmiş, əmək haqqı cədvəlində 13 günə görə, yəni 7 martda işə çıxdığına görə 263,82 manat əmək haqqı hesablanıb pul ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, ŞəxsMMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən Şəxs MMC tərəfindən X3 ilə müvafiq əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə bağlanıldığı qeyd olunsa da, faktiki olaraq əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə bağlanıldığı, əmək müqaviləsi bildirişinin isə elektron informasiya sisteminə xx.xx.2023-cü il tarixdə daxil edilməklə işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MMC-nin rəhbərliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Quba Regional şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda X3 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağladığını və barəsində işə götürməklə bağlı xx.xx.2023-cü il tarixdə əmr verildiyini bildirmişdir. Yəni, ŞəxsMMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Şəxs MMC-nin 2023-cü ilin mart ayının tabelindən və əmək haqqı cədvəlindən müəyyən olunur ki, ona həmin iş günü kimi yazı olaraq əmək haqqı ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi ŞəxsMMC tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş ŞəxsMMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ŞəxsMMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında inzibati xətanın 27 oktyabr 2020-ci il tarixdə törədilməsinə istinad edərək İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin artıq başa çatması barədə dəlillərinə dair bildirir ki, inzibati məsuıliyyətə cəlb olunma ilə bağlı İXM-də nəzərdə tutulmuş müddət hazırda başa çatmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar