Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1190/2022 09.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu Xırdalan qəsəbəsi, Tağıyev küçəsi 15 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddələri üzrə tərtib edilmiş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 11:35 radələrində Nissan Qashqai markalı, 90ZS258 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılaraq, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilmərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 11:35 radələrində idarə etdiyi Nissan Qashqai markalı, 90ZS258 dövlət qeydiyyat nişanlı avtomobili YPX əməkdaşı tərəfindən saxlanılaraq, yoxlama zamanı onun içkili olduğu müəyyən edilmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, o, içkili deyildir, lakin bir gün əvvəl içki qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Şəxs hadisə vaxtı 0.479% dərəcə alkoqol sərxoşluğunun müəyyən olunması barədə protokollaşdırılmış test rejiminə dair sənəddə öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 0.479% dərəcə alkoqol sərxoşluğunun müəyyən olunması barədə xx.xx.2022-ci il tarixli protokollaşdırılmış test rejimi ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1964-cü ildə Quba rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1190/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1190/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver