Məhkəmə qərarları › İş №3(067)-1192/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1192/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1192/2025 19.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Xaçmaz rayonnda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Şıxlar kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 19 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(002)-3141/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 1/4 hissə aliment tutularaq X1 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(002)-3141/2023 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay cavabdehin qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi (1/4) məbləğində aliment tutularaq iş üzrə tələbkar X1 ödənilməlidir. Hal-hazırda Şəxs 650 manat ödənilməmiş borcu təşkil etmişdir, borclu həmin qalıq qalmış borcdan 100 manat pulu xx.xx.2025-ci il tarixdə ödəniş etdikdən sonra onun tələbkara qalıq qalmış 550 manat təşkil etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, ötən ilin dekabr ayına kimi hərbidə işləmiş, sonra isə işdən çıxmışdır. İşlədiyi müddətdə əmək haqqısından tutularaq tələbkara ödənişlər olunmuşdur, işdən çıxandan sonra da axırıncı haqq hesabı ona ödənilərkən belə ödənişlər olunmuşdur. xx.xx.2025-ci il tarixə onun tələbkara olan borcu 650 manat olmuş, lakin buna baxmayaraq o, həmin borcdan tələbkarın xeyrinə 100 manat ödəniş etmiş, hal-hazırda onun alimentə görə qalıq borcu 550 manat təşkil etmişdir. O, bundan əlavə olaraq tələbkara məhkəmə qərarına kimi də müəyyən ödənişlər etmişdir. Ona görə də hesab edir ki, onun tələbkara borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 19 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs Ağəli oğlunun təqsiri sübuta yetmir. Belə ki, məhkəmə iclasında araşdırma zaman barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin aliment borcuna görə 650 manat borcdan 100 manat ödəniş etməsini inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə da təsdiq etmiş, lakin tələbkarın şikayət etməsinə görə borclu barəsində protokol tərtib etmək məcburiyyətində qaldığını və bu səbəbdən inzibati xəta haqqında protokol tərtib edərək barəsində tədbir görülməsi üçün məhkəməyə gətirildiyini bildirmişdir. Hal-hazırda borclunun konkret hansı məbləğdə tələbkara borclu olmasını dəqiq hesablaya bilmir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru iş üzrə tələbkarın indiyəndək icra şöbəsinə müraciət etmədiyi üçün aliment üzrə ödənişlər ödənilib-ödənilməməsi, borcun olub-olmaması ilə bağlı məlumatı olmadığını bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qərar qəbul edilməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması icra məmuru tərəfindən sübuta yetirilməmişdir və belə olan halda, İXM-nin tələblərinə əsasən bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53 və 114-cü maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar