Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1193/2022 26.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, tələbkar X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, Əbilov küçəsi ev 39-da qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-2520/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər bir uşaq üçün hər ay 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda 4550 manat borcu var. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-2520/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər bir uşaq üçün hər ay 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi təmin olunmalıdır. Borcu ödəməyə maddi imkanı yoxdur. Onun hazırda 4550 manat borcu var. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Məhkəmə iclasında tələbkar izahatında bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-2520/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər bir uşaq üçün hər ay 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq onaverilməsi təmin olunmalıdır. Lakin borclu alimenti ödəməkdən yayınır və hazırda 4550 manat aliment borcu var. Əlavə olaraq bildirdi ki, borclu Şəxs həbs edilməsini, hətta cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin məmuru məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1967-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 iyul 2022-ci il tarixdən, saat 00:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulma) alınsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1193/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1193/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver