Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1194/2022 26.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, X1 (VÖEN **********) fəaliyyət göstərdiyi Xaçmaz rayonunun Çarxı kəndində yerləşən təsərrüfat subyektində Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. İşin əvvəlki məhkəmə iclasında 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi X3 3 saylı ƏVİ-nin **********9178 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası zamanı sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməmiş, izahat təqdim etməmiş və şərait yaratmamışdır. X2 işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi X3 (VÖEN **********) 3 saylı ƏVİ-nin **********9178 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası zamanı yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməmiş, izahat təqdim etməmiş və şərait yaratmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: xx.xx.1980-ci il təvəllüdlü X3 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1194/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1194/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver