Məhkəmə qərarları › İş №3(067)-1195/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1195/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1195/2021 17.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz şəhəri, 28 May küçəsi ev 18də yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 18.08.2021-ci il tarixdə X4 məxsus 400 manat dəyərində mobil telefonu, 21.10.2021-ci il tarixdə X3 məxsus 85 manat dəyərində 1 ədəd arağı, 5 ədəd siqareti və xırda metal qəpiklərini, 07.11.2021-ci il tarixdə X1 məxsus 25 manat dəyərində 10 metr elektrik naqilini və 5 ədəd razetkanı,11.11.2021-ci il tarixdə X8 məxsus 50 manat dəyərində kişi geyimini və idman çantasını,15.11.2021-ci il tarixdə X9 məxsus ümumi dəyəri 95 manatolan laqundanı, su matorunu və qaz balonununu, 24.11.2021-ci il tarixdə X6 məxsus 50 manat dəyərində dəmir masanı, 27.11.2021-ci il tarixdə X2 məxsus 50 manat dəyəçrində su motorunu, 03.12.2021-ci il tarixdə X5 məxsus 50 manat dəyərində su motorunu oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, 18.08.2021-ci il tarixdə X4 məxsus 400 manat dəyərində mobil telefonu, 21.10.2021-ci il tarixdə X3 məxsus 85 manat dəyərində 1 ədəd arağı, 5 ədəd siqareti və xırda metal qəpiklərini, 07.11.2021-ci il tarixdə X1 məxsus 25 manat dəyərində 10 metr elektrik naqilini və 5 ədəd rozetkanı,11.11.2021-ci il tarixdə X8 məxsus 50 manat dəyərində kişi geyimini və idman çantasını,15.11.2021-ci il tarixdə X9 məxsus ümumi dəyəri 95 manatolan laqundanı, su matorunu və qaz balonununu, 24.11.2021-ci il tarixdə X6 məxsus 50 manat dəyərində dəmir masanı, 27.11.2021-ci il tarixdə X2 məxsus 50 manat dəyəçrində su motorunu, 03.12.2021-ci il tarixdə X5 məxsus 50 manat dəyərində su motorunu oğurlamışdır. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Elvin Həsənovun 28 avqust 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Ramiq Əzimlinin 31 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Qəhrəman Qurbanovun 17 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Samir Alxanovun 21 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Əli Almasovun 25 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Oktay Məcidovun 07 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Ramiq Əzimlinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin TB-nin təhqiqatçısı Əli Almasovun 04 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Məhkəmə tərəfindən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar