Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1195/2022 28.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsi tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər aşagıda göstərilən əsaslarla geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsi barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarı əldə edib, qərardan narazı olduğu hissədə məhkəmədə mübahisələndirə bilərlər. Belə ki,verilmiş şikayət ərizəsinin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən qərarın ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə cərimələrin yaranmasına əsas olmuş qərar ərizəyə əlavə edilmədiyindən və mübahisələndirilmədiyindən hazırki ərizəyə məhkəmə qaydasında baxılması mümkün deyildir. Odur ki, Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinin şikayəti icraata qəbul edilə bilməz. Həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinə izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərardan şikayətlə (qərarın surətini əlavə etməklə) məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən barəsində tərtib olunmuş inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinə nöqsanları aradan qaldıraraq, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərardan şikayətlə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova İş № 3(067)-1195/2022 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 28 iyul 2022-ci il Xaçmaz şəhəri Xaçmaz rayon məhkəməsinin hakimi qasımova Vüsalə Yadigar qızı, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən barəsində tərtib olunmuş inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanması üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim qərardadı elan edir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1195/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1195/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver