Məhkəmə qərarları › İş №3(067)-1195/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1195/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1195/2024 08.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizəsi Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs X7 barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs X7 barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhəddi respublikanının əhəmiyyətli avtomobil yolunun 25 km hissəsində avtomobil yolunun hərəkət hissəsində müvafiq icazə olmadan kommunikasiya xəttinin çəkilməsi ilə avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizəsi Xidmətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə R-1 Gəndob- Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhəddi respublikanının əhəmiyyətli avtomobil yolunun 25 km hissəsində avtomobil yolunun hərəkət hissəsində müvafiq icazə olmadan kommunikasiya xəttinin çəkilməsi ilə avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Bununla bağlı müvafiq protokol tərtib olunub, hüquqi şəxs onu imzalamaqdan imtina etmişdir. Şəxs X7 Prezidentin xx.xx.2023-cü il tarixli fərmanı ilə yaradılıb. "xxxx" ASC-i Şəxs X4 birləşdirilmişdir. 5 böyük şəhər istisna olmaqla digər bölgələrin su təchizatına baxır. Yerində akt tərtib olunub. Həmin müəssisənin əməkdaşları onlara texniki şərt haqqında sənədi təqdim edib, lakin "xxxx" ASC ləğv olunub. Əlavə olaraq bildirdi ki, Şəxs müvafiq işlərin aparılması üçün Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizəsi Xidmətinə müraciət edərək, müvafiq icazəni alınmalı idi. Müvafiq icazə olmadan yolda hər hansı qazıntı işlərinin aparılması qadağandır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Şəxsn nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işdə olan digər sübutlar (materiallar) təsdiq edilir. Ona görə də Şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, inzibati işə əlavə edilmiş materiallardan görünür ki, Şəxs X7 müvafiq icazə almadan xx.xx.2024-cü il tarixdə R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhəddi respublikanının əhəmiyyətli avtomobil yolunun 25 km hissəsində avtomobil yolunun hərəkət hissəsində müvafiq icazə olmadan kommunikasiya xətti çəkmişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş fotoşəkillər, disk ilə və 22.09 2024-cü il tarixli Aktla Şəxsn inzibati xətanı törətməsi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Avtomobil Yolları haqqında” Qanunun 15-ci maddəsinə əsasən: - Avtomobil yollarının mühəndisi kommunikasiyalarla (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) kəsişməsi və bu məqsədlə təhkim zolağından istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud standartlara, texniki normativlərə və digər normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilir. - Avtomobil yollarının təhkim zolağında xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər hansı yeni kommunikasiyaların çəkilməsinə, bir qayda, olaraq yol verilmir. - Mövcud avtomobil yollarından keçən və yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin) və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə qüvvədə olan normativ-texniki şərtlər və layihə-smeta sənədləri əsasında həyata keçirilə bilər. - Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır. - Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması işlərinə başlamazdan əvvəl bu kommunikasiyaların mülkiyyətçiləri avtomobil yollarının saxlanılmasını həyata keçirən yol təsərrüfatı orqanları ilə müvafiq müqavilə bağlamalıdırlar. - Avtomobil yollarında mühəndisi kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və bu işlərlə bağlı bütün xərcləri ödəməlidirlər. - Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir. - Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Avtomobil Yolları haqqında” Qanunun 15-1-ci maddəsinə əsasən: - ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır. Məhkəmə qeyd edir ki, Şəxsn törətmiş olduğu inzibati xəta işə əlavə olunmuş sənədlərlə, inzibati xəta haqqında protokolla və işin digər halları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 354.0.2-ci maddəsinə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxsnə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən etməmişdir. Məhkəmə işin hallarını və inzibati tənbeh tətbiq etmənin ümumi prinsiplərini, həmçinin inzibati xəta törədən şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək və başqa şəxslər tərəfindən inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hesab edir ki, Şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin sanksiyası çərçivəsində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs X7 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Xaçmaz rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar