Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1195/2025 19.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Xaçmaz rayonu, Qədmalı-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Qədmalı-Qışlaq kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və X5 Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 3000 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 50 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bu günə qədər Şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Şəxs bu gün barəsində verilmiş axtarış qərarı əsasında Xaçmaz rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında borcunu hissəhissə ödəyəcəyini bildirsə də, ödəniş etməmişdir. Sonuncu dəfə tərəfindən borcluya xəbərdarlıq göndərilmiş, borclu tərəfindən xəbərdarlıq qəbul edilmiş, lakin çağırışa gəlməmişdir. Şəxsin barəsində axtarış elan olunacağı barədə atası da xəbərdar edilmişdir. Borclu barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan maddə ilə özünü təqsirli bilmir. Belə ki, alimentdən heç bir ödəniş etməmişdir. Həmçinin o, ruhi xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanerində müalicə alır. İcra məmurunun çağırışlarından isə xəbəri olmamışdır. O, 3000 manat borcunu tam şəkildə ödəyə bilməyəcəyini, lakin bir aya 1500 manat ödəyə biləcəyini və qalan hissəsini də sonra ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs izahat verərək aliment borcunun ödənilməsini tələb etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin atası alimenti öz pensiyasından ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir. Borclu bir ay müddətinə borcunu ödəyəcəksə həbs edilməməsini, lakin ödəməyəcəyi təqdirdə növbəti dəfə həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 19 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-154/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 24 may 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyul 2024-cü ildən başlayaraq hər ay Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq 50 manat məbləğ tutulmalıdır. - xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən 2(067)-154/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Borclu barəsində xx.xx.2025-ci il tarixli inzibati məsuliyyətə cəlb olunması haqqında xəbərdarlıq tərtib olunmuşdur. - xx.xx.2025-ci il məktubdan müəyyən edilir ki, Şəxs barəsində Xaçmaz RPŞ-nin tərəfindən xx.xx.2025-ci il tarixdə 780191/25 nömrəli axtarış elan edilmişdir. - xx.xx.2025-ci il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, hazırkı tarixədək tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və hal-hazırda onun 3000 manat məbləğində aliment borcu yaranmışdır. Yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmır və hər ay hissə-hissə olmaqla ödəyə bilər. 2025-ci ilin sentyabr ayında 500 manat ödəyəcəyinə dair söz vermişdir. Yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə ona xəbərdarlıq edilmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü, həmçinin tələbkarın borclu barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxx 2000-ci ildə Xaçmaz rayonu, Qədmalı-Qışlaq kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1195/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1195/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver