Məhkəmə qərarları › İş №3(067)-1196/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1196/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1196/2022 11.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs (VÖEN **********) tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Şəxs MMC-yə və Dövlət Gömrük Komitəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarından müəyyən edilir ki, "X1" MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə 77FJ419/99ZX279 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********0798 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə qətirilmədən əvvəl gömrük orqanına təqdim edilmiş, lakin həmin qısa idxal bəyannaməsinin 8-ci qrafasında və ona qoşma edilmiş invoys və CMR sənədində idxalatçının adı "xxxx" MMC qeyd edildiyi halda **********5551 sorğu nömrəli GB-nin 8-ci qrafasında və ona qoşma edilmiş sənədlərdə isə idxalatçının adı Şəxs MMC kimi qöstərilmiş və bununla da uyğunsuzluq yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar