Məhkəmə qərarları › İş №3(067)-1196/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1196/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1196/2023 18.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Qərardan şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, 19 sentyabr 1949-cu ildə Xaçmaz rayonu Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Aslanoba kəndində yaşayan X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 12 sentyabr 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan tarixdə nümayəndə gələrək məişət tullantıları üçün nəzərdə tutulmuş yerlərə baxış keçirmiş və həmin yerdə zibil olduğunu müəyyən edərək bununla bağlı iradını bildirmişdir. Ancaq o, məişət tullantıları üçün bələdiyyə qərarına əsasən müvəqqəti olaraq yer ayrıldığını, bu işlə bağlı onlara kömək məqsədi ilə icra nümayəndəliyinin tabeçiliyində dost xidmətinin yaradıldığını və xidmət 7-8 nəfərdən işçidən ibarət olduğunu, həmin məişət tullantılarının onlarının köməkliyi ilə təmizlədiklərini bildirdi. Həmin tullantılarını o, qoşqu ilə həftədə 2-3 dəfə həmin zibillərin atılması üçün nəzərdə tutulan poliqona apardığını, ancaq aparıldıqdan sonra yenidən həmin yerə zibil tullantılarını atıldığını və buna görə o, həmin yerə atılan zibilləri dayanmadan yəğışdırılmasının mümkün olmadığını, hətta həmin zibilləri yığışdırılması bələdiyyənin səlahiyyətinə aid bir məsələ olmasa belə o, buna baxmayaraq yerin təmiz qalması üçün öz hesabına təmizlik işlərini həyata keçirdiyini, bundan əlavə olaraq meşə yerinə atılan zibilə cavabdeh şəxs həmin meşənin meşəbəyi olduğu halda hər iki yerə atılan zibilin təmizlənməməsinə görə cavabdeh şəxs kimi onu adı qeyd edilərək cərimələnmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq barəsində tətbiq edilmiş 12 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, onun işlədiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2020-2024-cü illərə aid nəzərdə tutulmuş birgə tədbirlər planın olduğunu, həmin tədbirlər planına əsasən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə riayət edilməsi vəzifəsinə riayət edilməsi məsələsinin araşdırılması məqsədi ilə Xaçmaz rayonunda reyd keçirilmişdir. Həmin vaxt onlar Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyəsinin ərazisinə bələdiyyə sədrinin özünün iştirakı ilə baxış keçirdiklərini, həmin baxış zamanı üç yerdə tullantıların qalaqlanması müşahidə edildiyini, bələdiyyə sədri həmin vaxt onlara bələdiyyə qərarına əsasən tullantıların müvəqqəti olaraq yerləşdirilməsi üçün yer ayırdığlarını bildirmişdir. Lakin onlar tərəfində müşahidə edilən tullantılar olan yer isə həmin qərar üzrə ayrılmış yer deyildir. Ondan əlavə olaraq Azərbaycan Respublikasının 21 aprel 2005-ci il tarixli, 74 saylı Nazirlər Kabinetin qərarının 10.5-ci bəndində bələdiyyələr, bələdiyyə ərazisini təmiz saxlanılmasına cavabdeh olmaları açıq şəkildə göstərilmişdir. Bundan əlavə olaraq onlara əhali arasında təbliğat işlərinin aparılması ilə əlaqədar hər hansı bir sənəd təqdim edilməmişdir ki, əhali arasında təbliğat işləri aparılır, tullantıları təmizlənməsinə görə, qeyd olunanlar ilə bağlı tərəfərindən akt tərtib edilərək özünü həmin akt ilə tanış etdiklərini, həmin akta imza etdiyini bildirdi. Həmin vaxt bələdiyyə sədri onlara üç gündən bir həmin tullantıların Sibir oba yolundakı tullantılar poliqona daşınması ilə bağlı arayış təqdim etmişdir. Bundan sonra onlar həmin bələdiyyə sədrinə məcbur göstəriş göndərilmiş və sonra yenidən həmin əraziyə məcburi göstərişin tələblərinə riayət edilib-edilməməsi ilə bağlı təkrarən baxış keçirilmişdir. Lakin həmi baxış zamanı bələdiyyə sədri iştirak etməsə də nümayəndəsi iştirak etmişdir və bu barədə ona telefon vasitəsi ilə bildirilmişdir ki, nümayəndənizin iştirakı ilə baxış keçirilir, o, da özünün uzaqda olduğunu və buna görə nümayəndəsinin iştirakı ilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Keçirilmiş baxış zamanı məcburi göstərişin tələblərinə riayət edilməməsi səbəbindən barəsində 2000 manat dəyərində cərimə olunması ilə bağlı inzibati protokol tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinin tələblərini pozduğuna görə 2000 (iki min) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və X5 inzibati tənbeh vermə haqqında 12 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının 10.5-ci bəndinə əsasən Bələdiyyələr tərəfindən: - bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; - əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X4 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar