Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1196/2024 17.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Hüquqi şəxs “RAN FRUİT’’ Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ilin yanvar ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 14 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 293342,48 ABŞ dolları (498682,21 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, “RAN FRUİT" MMC-nin xx.xx.2019cu il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1inin Nümayəndə1 olduğu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nin qeydiyyatda olduğu (Qusar rayonu, Caqar Qışlaq kəndi) ünvana xx.xx.2024-cü il tarixdə 3-33-1700/2-002352/2024 saylı bildiriş, həmçinin də şirkətin rəhbəri Nümayəndə1 xx.xx.2024-cü il tarixli 3-33-1700/2- 002699/2024 saylı çağırış məktubu göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 293342,48 ÄBS dolları (498682,21 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma İlə_əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə hazırda 11 gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 4431,16 ABŞ dolları (7532,97 manat) məbləğində vəsait Şəxs MMC Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə ləşdicj_olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qj3yd_aları’’-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180-qün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2024-cü ilin sentyabr ayında 11 gömrük bəyannaməsi üzrə 4431,16 ABŞ dolları (7532,97 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Qusar rayonu, Caqar Qışlaq ünavnında qeydiyyatda olan Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 7532,97 (yeddi min beş yüz otuz iki manat doxsan yeddi qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Şəxs 2024-cü ilin yanvar ayında ixrac etdiyi mallara görə qaytarılmayan vəsait var 4400 11 gömrük bəyannaməsi üzrə 4431 dollar 16 sent. Bununla bağlı vəsaitin qaytarılmamasını, icraat aparılan zaman və məhkəməyə təqdim edilmiş o, Mərkəzi Bankın inteqrasiya olunmuş sənəd əsasında baxılmış və vəsaitin ödənilmədiyi üçün bununla bağlı protokol tərtib olunub. Hüquqi şəxs olduğu üçün Xaçmaz rayon məhkəməsinə aidiyyəti üzrə baxılması üçün və qərar qəbul olunması üçün verilmişdir. Şirkət barəsindən onun tərəfindən məhkəməyə təqdim edilmiş Mərkəzi Bankın inteqrasiya olunmuş hesabatında da həmin vəsaitin 11 bəyannamə üzrə 4431 dollar 16 sentin qaytarılmadığı öz əksini tapmışdır. Şəxs MMC-nin direktoru Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəf ilə müqavilələri arasında öhdəliklərini yerinə yetirməlidirlər əslində, onlarda orda ixrac elədikləri zaman meyvələrində çürümə və yaxud quruma olub, həmin o, qurumanın çəkisi və məbləği barəsində nə xərclər çəkibsə qarşı tərəf onu onlara pretenziya məktubları ilə geri qaytarmışdır. Yəni pretenziya məktubları hər iki tərəfdən qarşısında onlarda imzalıyır, qarşı tərəf də imzalayır, yəni qarşı tərəfə onlar məsələn 40000 manatlıq invoys kəsmişlərsə, qarşı tərəfdən məsələn onlara qayıdırsa tam 2000 manatlıq zərər olub, o, 2000 manatı onlara ödəməmişlər. Haradasa invoysa görə 38000 manat ödəniş edilmişdir. Orda hər bir invoysda açıqlaması var yəni. Hansı maşın nə qədər gedib, hansı maşında nə qədər onlarda quruma olub, çəkisi nə qədər olub və onlara nə qədər xərc çəkiblərsə onu onlara ödəməmişlər. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən Şəxs MMC-nin baş mühasibi Şahid məhkəmə prosesində barəsində inzibati xəta haqqında icraata aparaılan hüquqi şəxs RAN FRUİT» MMC-nin direktoru Nümayəndə1 ifadəsi oxşar ifadə verərək qeyd olunanları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 sentyabr 2024-cü il tarixli, 01400-07373/24 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hüquqi şəxs “RAN FRUİT’’ Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ilin yanvar ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə 14 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 293342,48 ABŞ dolları (498682,21 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, “RAN FRUİT" MMC-nin xx.xx.2019cu il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1inin Nümayəndə1 olduğu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nin qeydiyyatda olduğu (Qusar rayonu, Caqar Qışlaq kəndi) ünvana xx.xx.2024-cü il tarixdə 3-33-1700/2-002352/2024 saylı bildiriş, həmçinin də şirkətin rəhbəri Nümayəndə1 xx.xx.2024-cü il tarixli 3-33-1700/2- 002699/2024 saylı çağırış məktubu göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 293342,48 ÄBS dolları (498682,21 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma İlə_əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə hazırda 11 gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 4431,16 ABŞ dolları (7532,97 manat) məbləğində vəsait Şəxs MMC Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4431,16 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında, yəni 1329,3 ABŞ dolları (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1196/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1196/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver