Məhkəmə qərarları › İş №3(067)-1197/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1197/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1197/2025 19.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Xaçmaz rayon Polis Şöbəsinin polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il təvəllüdlü, Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 18 avqust 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində həmin kəndin sakinlərinə məxsus evlərin qapılarını döymüş, eyni zamanda həmin ərazidə xidmət aparan Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının suallarına qeyri-adekvat cavablar verməklə, şübhəli davranışlar göstərmiş Yevlax şəhər sakini Şəxs Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunmasına baxmayaraq, sonuncu getməkdən imtina etmiş və uca səslə ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Xaçmaz rayon Polis Şöbəsinin polis mayoru X2 izahatında göstərmişdir ki, Xaçmaz rayonu ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar 18 avqust 2025-ci il tarixdə, saat 21:00 radələrində, əməliyyat müvəkkili, Xaçmaz rayonu Qobuqıraq ərəzisində xidmət apararkən bir nəfər şəxsin vətəndaşlara məxsus evlərin qapılarını döydüyünü, özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt qeyd olunan şəxs, özünü qeyri səmimi apardığına, verilən suallara düzgün cavab vermədiyinə, ad və soyadını bildirmədiyinə görə onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Lakin, həmin zaman qeyd olunan şəxs ünvansız nəlayiq söyüşlər söyərək, Xaçmaz RPŞ-nə gəlməkdən imtina etmişdir. Onlar onu nizam intizama dəvət etsələr də, həmin şəxs qanuni tələblərinə məhəl qoymamışdır. Buna baxmayaraq, onlar həmin şəxsi Xaçmaz RPŞ-nə gətirmişlər. Bu səbəbdən X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, onu Şabran rayon ərazisində saxlayaraq, yoxlamışdılar. Sonra Xaçmaz rayon ərazisində, mülki geyimli şəxslər ona yaxınlaşaraq ad, soyadını soruşub ondan şəxsiyyət vəsiqəsini tələb etmişlər. O, isə, onlara şəxsiyyətini girov qoyduğunu bildirmişdir. Bundan sonra onu Polis Şöbəsinə gətirmişlər. Onu Şabran rayonunda da polislər saxlamışlar. Xaçmaz rayonuna da gələndə saxlayaraq üzərinə baxış keçirmişlər. O, da bundan əsəbləşərək, polisin qanuni tələbinə riayət etməmişdir. O, həmin vaxt qapını döyərək qonşulardan çay, qənd istəyirmiş. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş, Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru X4 ifadəsində göstərmişdir ki, Əfqan Novruzovla, xidmətdə olduğu zaman, bir şəxsin qapıları döydüyünü, evlərin həyətlərinə boylandığını görrmüşlər. Şəxs özünü şübhəli aparırdı. Şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onu polis şöbəsinə gətirmişlər. Şəxs özünü təqdim etmirdi. Özünün dediyinə görə, o dilənçiliyə gəlmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş, Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru X6 ifadəsində göstərmişdir ki, şəxsin üzərində axtarış keçirmək istəsələr də, Şəxs onlara özü haqqında heç bir məlumat verməmişdir. Şəxsiyyət vəsiqəsini tələb etmişlər, o, isə girov qoyduğunu bildirmişdir. O, evlərə bu qayda ilə yaxınlaşıb, oğurluq etmək niyyətində idi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 18 avqust 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafı, şahidin ifadəsi eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırmasında Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 18 avqust 2025-ci il tarixli, 395 №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 avqust 2025-ci il tarixdə, saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 18 avqust 2025-ci il tarixdən, saat 22:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. Həbs etmənin əvvəli 18 avqust 2025-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlı̇ k edən: Nərmı̇ n Abı̇ yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar