Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1198/2024 27.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X13 X17 yol nəqliyyat hadisələri baş inspektoru X4, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1984-cü ildə Quba rayonunun Qımılqazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonunun Qımılqazma kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 334.3-cü maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 25 sentyabr 2024-ci il tarixdə saat 23:00 radələrində ona məxsus, sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi «VAZ 21099» markalı, **-BZ-*** qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Xaçmaz rayonu, Üçgün kəndində qonşuluqda yerləşən evin qarşısında dayanmış, «MİTSUBİSHİ PAJERO» minik markalı, **-CK-*** qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfindən vuraraq hadisə yerindən uzaqlaşmış, bir müddət keçdikdən sonra sərxoş vəziyyətdə hadisə yerinə qayıtmışdır. Zərərçəkmiş şəxsin hadisəni törətmiş Şəxs sərxoş vəziyyətdə olmasına görə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat verməsindən sonra hadisə yerinə gələn polis əməkdaşları məsələni araşdırmaq üçün Şəxs yaxınlaşdıqları zaman onların ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və nizam-intizama dəvət olunmasına baxmayaraq, hərəkətlərini davam etdirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu Üçgün kənd sakini X15 “102” Xidmətinə zəng edərək, yol hadisəsi baş verməsi və onun avtomobilinə ziyan dəyməsi barədə məlumat vermişdir. Həmin vaxt hadisə yerinə Xaçmaz rayon Polis Şöbəsinin YPX-nin əməkdaşları getmiş və hadisəni törədən Şəxs qəza törətdikdən sonra yaxınlıqda yaşayan qaynı Ceyhun Vəlixanovun evindən küçəyə çağıraraq hadisəni törətdikdən sonra niyə oranı tərk etdiyini soruşduqda o, polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X13 X17 yol nəqliyyat hadisələri baş inspektoru X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində növbətçi hissənin göstərişi ilə Xaçmaz rayonu Üçgün kəndinə hadisə yerinə getmişlər. Hadisə yerində kənd sakini Emin Məmmədova məxsus «MİTSUBİSHİ PAJERO» minik markalı, **-CK-*** qeydiyyat nişanlı avtomobilin «VAZ 21099» markalı, **- BZ-*** qeydiyyat nişanlı avtomobil ilə qonşusu Ceyhun Vəlixanovun evinə qonaq gəlmiş Şəxs sərxoş vəziyyətdə idarə edərkən vurulduğu bildirilmişdir. Şəxs sənədləri təqdim etməsini və sərxoş olub-olmamasını yoxlamaq istədikdə o, “siz kimsiz məndən sənəd tələb edəsiz, mən 8 il həbsdə olmuşam polis tanımıram və kefimin istədiyini edirəm” deyərək, ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsə də o, qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs tərəflərindən Xaçmaz RPŞ-nə gətirilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahatında göstərmişdir ki, hadisə baş verən vaxt evdə olmamışdır. Avtomobili evin qarşısında idi. xx.xx.2024-cü il tarixdə saat 23-00 radələrində əmisi oğlu Abdulla Məmmədov ona zəng vuraraq avtomobilinin vurulduğunu bildirmişdir. Həmin vaxt “102” xidmətinə zəng vuraraq məlumat vermiş və Xaçmaz RPŞ-nin YPX-nin əməkdaşları gəlmişlər. O, evə gəldiyi zaman küçədə heç kimi görməmişdir. Şəxs qonşusu Ceyhunun evinə getmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, qaynatasının evinə qonaq gəldikləri vaxt içki almaq üçün kənddə olan mağazaya getmək istəyərkən küçədə olan heyvanı vurmamaq üçün maşını kənara çəkəndə qonşunun evinin qarşısında dayanmış maşına sol arxa tərəfdən vurmuşdur. Həmin vaxt küçədə heç kim olmamışdır. O, mağazaya gedib qayıdanda qonşunun evinin qarşısında Eminin atası, əmisi oğlu olduğunu görmüş və onlarla maşına dəyən ziyanı özü ödəyəcəyi barədə razılığa gələrək evə getmişdir. Yarım saatdan sonra polislər onu evdən çölə çağıraraq, Polis Şöbəsinə dəvət etmiş və maşınını da aparmaq istədikdə o, buna etiraz etmişdir. Lakin polis əməkdaşlarına etiraz etməyinə baxmayaraq onu və maşınını polis şöbəsinə aparmışlar. Hadisə vaxtı içkili olmamışdır, belə ki, hadisəni törətdikdən sonra evə gedərək içki içmişdir. Özünü yalnız, sürücülük hüququ olmadan avtomobili idarə etməsində təqsirli hesab edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən Xaçmaz rayonu, RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 23:00 radələrində xidmətdə olduğu zaman Növbətçi Hissənin göstərişinə əsasən hadisə yerinə getmişlər. Hadisə yerindən yayınan «VAZ 21099» markalı, **-BZ- *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoş olduğundan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Onu nizam- intizama dəvət etsələr də o, buna məhəl qoymamış, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra o, tərəflərindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, zərərçəkmiş əmisinin oğludur. Hadisə baş verən gün həyətdə digər əmisi oğlu İlkin ilə oturmuşlar. Emin isə evdə olmamışdır. Avtomobili evin qarşısında saxlayaraq Xaçmaz şəhərinə getmişdir. Qəflətən küçədən toqquşma səsini eşidərək küçəyə çıxmışlar. Həmin vaxt VAZ 21099» markalı, **-BZ-*** qeydiyyat nişanlı avtomobili bir az aralı məsafədən görmüşlər. Həmin avtomobilin qonşunun bacısı əri Zamanın avtomobili olduğunu bilmişlər. Bir az vaxt keçdikdən sonra Zaman sərxoş vəziyyətdə hadisə yerinə qayıtmışıdr. Əvvəlcə maşını onun vurmadığını bildirsə də, sonradan vurduğunu və təmir edəcəyini bildirərək getmişdir. O, yanlarından gedəndən sonra əmisi oğlu Eminə zəng vuraraq avtomobilinin vurulduğunu bildirmişdir. Emin də həmin vaxt 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zaman avtomobili vurub getdikdən təxminən 15-20 dəqiqə sonra sərxoş vəziyyətdə qayıtmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Şəxs qaynıdır. Təxminən gecə 23:30 radələrində evdə yatdığı zaman uşaq onu çağıraraq, Zamanın gəldiyini və avtomobil ilə hadisə törətdiyini bildirmişdir. Bu zaman hadisə yerinə gəlmiş polis əməkdaşları Şəxs idarə etdiyi avtomobilini polis şöbəsinə aparmaq istəyərkən Zaman buna etiraz etmişdir. Zaman onun evinə gələrkən sərxoş olmamışdır. Məhkəmə işdə inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X13 X17 yol nəqliyyat hadisələri baş inspektoru X4, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxsin izahatlarını və şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 25 sentyabr 2024-cü il tarixli, MN ******* və 27 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar, şahid ifadələri, iş materiallarında olan zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli, 261 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyası tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli ziyan aktndan görünür ki, Şəxs törətdiyi inzibati xəta hadisəsi nəticəsində «MİTSUBİSHİ PAJERO» minik markalı, **-CK-*** qeydiyyat nişanlı avtomobilin sahibi X8 ümumilikdə 380 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş Azərbaycan Respublikasının 334.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 sentyabr 2024-cü il tarixdə saat 01:40 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 26 sentyabr 2024-cü il tarixdən, saat 01:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək ona 30 (otuz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 26 sentyabr 2024-cü il tarixdən, saat 01:40-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1198/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1198/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver